“İndi növbǝ Avropa İttifaqındadır”, N.Kurtulmuş

Numan Kurtulmuş Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzv olma və viza rejiminin lǝğvi prosesindǝ mǝsuliyyǝtini yerinǝ yetirmǝkdǝ növbǝnin Avropa İttifaqında olduğunu söylǝyib.

505320
“İndi növbǝ Avropa İttifaqındadır”, N.Kurtulmuş

Baş nazirin müavini Numan Kurtulmuş Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzv olma və viza rejiminin lǝğvi prosesindǝ mǝsuliyyǝtini yerinǝ yetirmǝkdǝ növbǝnin Avropa İttifaqında olduğunu söylǝyib.

Numan Kurtulmuş ötǝn gün Baş nazir Binali Yıldırımın rǝhbǝrliyindǝ keçirilən Nazirlər Kabinetinin iclası davam edərkən tǝşkil etdiyi  mətbuat konfransında jurnalistlǝrin suallarını cavablandırıb.

 Türkiyənin Aİ-na üzv olma və viza rejiminin lǝğvi prosesinə toxunan Kurtulmuş Avropa İttifaqının açıq və şəffaf bir şəkildə hərəkət edəcəyinǝ, bu qədər məsuliyyəti yerinə yetirǝn Türkiyəyə qarşı verdikləri sözləri yerinə yetirəcəklərinǝ ümidvar olduqlarını deyib.

 AB ilə Türkiyə Cümhuriyyǝti Hökuməti arasında aparılan müzakirənin ciddi müzakirə olduğunu bildirən Baş nazirin müavini vurğulayıb ki, Türkiyənin bu prosesdǝ atdığı addımların hǝr biri ciddidir. Aİ tərəfindən söylənən vǝ verilǝn sözlǝrin dǝ boş olmadığı qənaətindəyik. Bu səbəbdən biz Türkiyə olaraq üzərimizə düşəni səmimiyyətlə yerinə yetirdik. Nəticədǝ Türkiyə Aİ ilə müzakirələrə qətiyyətlə davam edir. Biz nəticə əldə etmək istəyirik.

 Numan Kurtulmuş Avropanın müxtəlif ölkələrində Türkiyə ǝleyhinǝ olan siyasǝt vasitǝsilǝ daxili siyasəti güclǝndirmǝk istəyənlərin olduğunu bildirib vǝ deyib ki, aparılan müzakirə ciddi bir müzakirədir. Nə Türkiyənin daxili siyasətinin məsələsidir, nə Aİ-nin daxili siyasətinin məsələsidir.

 Açıqlamasında Cənub-şərqdə terrorla mübarizə edilən bəzi şəhərlərin köçürülǝcǝyinǝ dair iddiaların gündǝmlǝrindǝ olmadığını da ifadǝ edǝn Numan Kurtulmuş bildirib ki, terrorla mübarizənin əhəmiyyətli bir hissǝsi şəhərlərdǝ artıq başa çatıb, digǝr yerlərdə də mübarizə davam etdiriləcək və terror təşkilatları Türkiyəyə qarşı heç bir zərər verə bilmǝyǝcik nöqtǝyǝ gǝlib çatanadǝk bu mübarizǝ davam etdiriləcəkdir.



Әlaqәli Xәbәrlәr