Dünya ölkǝlǝri İstanbulda törǝdilǝn terror hücumunu qınadı

Avropa Şurası Parlament Assambleyası da İstanbuldakı  terror hücumunu pislǝyib.

506037
Dünya ölkǝlǝri İstanbulda törǝdilǝn terror hücumunu qınadı

  Avropa Şurası Parlament Assambleyası İstanbuldakı terror hücumunu pislǝyib.

  Assambleya tǝrǝfindǝn verilǝn yazılı açıqlamada rǝsmi sǝfǝrdǝ Ankarada olan Assambleya sǝdri Pedro Aqramuntun Türkiyənin Baş nazir Binali Yıldırımla görüşü zamanı hücum xǝbǝrini öyrǝndiyi bildirilib.

  Aqramunt görüşdǝ İstanbulun Beyazit meydanı yaxınlığındakı hücumu sǝrt şǝkildǝ pislǝyib, Avropa Şurası Parlament Assambleyası olaraq Türkiyə xalqı vǝ hökumǝti ilǝ hǝmrǝylik içǝrisindǝ olduqlarını bildirǝrǝk hǝyatını itirǝnlǝrin ailǝlǝrinǝ başsağlığı dilǝyib.

  Açıqlamada bildirilir ki, "Əli qanlı quldurlar bir daha İstanbulda terror aktı törǝtdi. Terror ortaq dǝyǝrlǝrimizi, qurumlarımızı, hǝyat tǝrzimizi hǝdǝf götürür. Artıq terror Suriya vǝ İraqda gündǝlik hücumlarla, Bamakodan Beyruta, Parisdǝn İstanbula bütün dünyanı tǝhdid edir. Qorxu vǝ nifrǝt toxumları yayaraq ictimaiyyǝtlǝrin tǝmǝlini sabitsizlǝşdirmǝyǝ cǝhd göstǝrǝn terrorçuların tǝlǝlǝrinǝ sadǝcǝ hǝmrǝylik edǝrǝk düşmǝmǝyi bacarmağımız mümkün olacaq".

  Açıqlamada Türkiyə hökumǝtinǝ tam dǝstǝk verildiyi vurğulanıb.

  Avropa Şurasının Baş katibi Yaqland da başsağlığı verǝrǝk bildirib ki, "Günahsız insanlara qarşı hücum qarşısında Türkiyə xalqının kǝdǝrini bölüşürük".

  Yaqland qeyd edib ki, "İstanbulda yenidǝn bǝdbǝxt bir hücum xeyli sayda günahsız insanın hǝlakına vǝ yaralanmasına sǝbǝb oldu. Xǝbǝrlǝr qarşısında çox sarsıldım. Bu mǝrhǝmǝtsiz hücumlar dǝyǝrlǝrimizǝ vǝ hamımıza istimaqǝtlidir. Ailǝlǝrin kǝdǝrlǝrini bölüşürǝm vǝ başsağlığı verirǝm".

  Azǝrbaycan prezidenti İlham Әliyev də İstanbulda törədilmiş terror hücumuna görǝ Türkiyənin dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğana başsağlığı verǝrǝk bildirib ki, "İstanbulda törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu amansız terror aktı terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

  Azərbaycan Xarici İşlǝr Nazirliyi tǝrǝfinden verilǝn açıqlamada da terror hücumu sǝrt şǝkildǝ pislǝnilib, Türkiyə xalqına başsağlığı verilib.

  Açıqlamada  bildirilib ki, "Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir".

  Fransa prezidenti Fransua Olland da İstanbuldakı terror aktını sǝrt şǝkildǝ pislǝdiyini bildirǝrǝk deyib ki, "İstanbulda törədilən faciǝli hücumu sǝrt şǝkildǝ qınayıram. Bu terror hücumu terrorun hǝr növü ilǝ mübarizǝdǝ ortaq qǝtiyyǝtimizi güclǝndirmǝlidir. Hücumda hǝyatını itirǝnlǝrin ailǝlǝrinǝ başsağlığı verir, Türkiyə xalqı ilǝ hǝmrǝylik içindǝ olduğumuzu bildirmǝk istǝyirǝm".

  Qətər rǝhbǝrliyi dǝ İstanbuldakı bombalı hücumu pislǝyib. Qətər Xarici İşlǝr Nazirliyinin rǝsmi xǝbǝr agentliyi QNA-da yer tutan açıqlamada bildirilib ki, "Qǝtǝr Türkiyǝ Cümhuriyyǝtinin yanındadır. İstanbulda törǝdilǝn terror hücumunu sǝrt şǝkildǝ pislǝyirik. Türkiyǝnin tǝhlükǝsizlik vǝ sabitliyini mühafizǝ etmǝk üçün gördüyü bütün tǝdbirlǝri dǝstǝklǝyirik. Sǝbǝbindǝn asılı olmayaraq, Qǝtǝrin şiddǝt vǝ terror hücumlarının hǝr növünǝ qarşıyıq. Hücumda hǝyatını itirǝnlǝrin yaxınlarına, Türkiyə hökumǝti vǝ xalqına başsağlığı, yaralılara isǝ şǝfa dilǝyirik."  

  Hücumu İspaniya hökumǝti dǝ “ǝn sǝrt şǝkildǝ qınadığını” bildirib. İspaniyanın terror barbarlığına qarşı mübarizǝsindǝ Türkiyǝnin rǝsmi qurumları vǝ xalqı ilǝ tamamilǝ hǝmrǝylik içǝrisindǝ olduğu bildirilǝn açıqlamada İspaniyanın terror bǝlasını başa çatdırmaq üçün ortaya qoyduğu ǝmǝkdaşlığı qǝtiyyǝtli şǝkildǝ davam etdirǝcǝyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr