İbrahim Kalın Bundestagın qərarını qeyri-qanuni, səhv və zərərverici adlandırdı

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Ermənistan Qərarı: Qeyri-qanuni, səhv və zərərverici"  başlığı altında  Alman Frankfurter Allgemeine Zeitung qəzeti üçün məqalə yazdı.

505099
İbrahim Kalın Bundestagın qərarını qeyri-qanuni, səhv və zərərverici adlandırdı

 İbrahim Kalın  məqaləsində Alman Federal Məclisinin (Bundestag) 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərarla yalnız hüququ pozmaqla kifayətlənmədiyini, eyni zamanda dar görüşlü və səhv bir qərar qəbul etdiyini bildirdi.
 
Türkiyə prezidentinin sözçüsü  Bundestagın 1915-ci il hadisələrinə dair erməni iddialarını tanıyaraq, Türkləri  və erməniləri dialoq yolu ilə bir-birinə yaxınlaşdırmaq istiqamətində Türkiyənin səylərini görməzlikdən gəldiyini qeyd etdi.

Türkiyənin Ermənistan ilə daha yaxın şəkildə işləmək üçün 2007-ci ildə İrəvan hökuməti ilə danışıqlara başladığını da xatırladan Kalın: "Lakin Ermənistan prezidenti Serj Sarkisyan 2010-ci ilin aprel ayında təsdiq məsələsini təxirə saldığını bəyan etdi. Təəssüf ki, İrəvanın irəliyə doğru bir addım atmağa niyyəti yoxdur" ifadələrini işlətdi.
Bu qərarla  Almaniyanın siyasi, iqtisadi və mədəni həyatına layiqli töhfələr verən milyonlarla Türkün haqsız yerə ittiham edilməsinə diqqət çəkən İbrahim Kalın:" Qəbul edilən qərar Türk icmasının alman hökuməti ilə olan əlaqələrinə ağır zərər vermişdir. Federal Məclisin mübahisəli qərarı bir daha tarixin siyasiləşdirilməsinin faydadan çox zərər gətirdiyini göstəridi" dedi.

Ancaq beynəlxalq ictimaiyyətin Türkiyənin məsələ ilə bağlı planı ətrafında birləşməsi halında bu məsələ ilə əlaqədar bir ümidin olacağına işarə edən prezident sözçüsü məqaləsini belə tamamladı: "Almanya Türkiyəni səhv günahlandırmalarla ittiham etmək əvəzinə Ermənistana təxirə salınan problemin həll edilməsinə dair səylərin davam etdirilməsi məsələsində təzyiq göstərməlidir. Qarşılıqlı ittihamlar üçün vaxtımız yoxdur. Milyonlarla insan daimi sülh üçün dua edir".

 



 

 
 

 
 



Әlaqәli Xәbәrlәr