“Türkiyə ilə heç bir terror təşkilatı qol güləşi edə bilməz”, B.Yıldırım

"Soyqırımın nə olduğunu bilmək istəyən Birinci Dünya müharibəsindən sonra rus işğalçılarıyla birləşərək insanları Ərzincanda diri-diri yandıran o erməni şəbəkələrini görsün"

504165
“Türkiyə ilə heç bir terror təşkilatı qol güləşi edə bilməz”, B.Yıldırım

  Türkiyənin Baş naziri Binali Yıldırım Ərzincanda Park Masalda qeyri-hökumət təşkilatları nümayəndələrilə bir araya gəlib.

  Türkiyənin terror təşkilatlarına qarşı amansız bir mübarizə apardığını vurğulayan Yıldırım ölkənin cənub-şərqində PKK terrorunun belini qırdıqlarını və tam bitirilməsi üçün əməliyyatları sonadək davam etdirəcəklərini bildirib və deyib: “Terror təşkilatı PKK yerli xalqı belə qətl etməkdən çəkinmir. Tanışık kəndinin Dürümlü obasında heç bir günahı olmayan, işiylə, gücüylə, çiftliyiylə, malıyla məşğul olan 16 günahsız kürd vətəndaşının nə günahı var idi ki, onları da vəhşicəsinə qətlə yetirdiniz? Əsgərimizi, polisimizi, jandarmamızı da kürəyindən vurursunuz… Heç bir dövlət öz içində dövlət olmağa həvəslənənlərə əsla və əsla icazə verməz, dözüm göstərməz. Edilən hər cür qanunsuzluqların hesabını burunlarından gətirəcəyik. Gözəl insanların dini duyğularını istismar edərək, müqəddəs dəyərlərini istifadə edərək, milyonlarla adamın dişi ilə, dırnağı ilə yetişdirdiyi uşaqları dəzgaha çevirərək, xaricdəki lobbilərinizdən aldıqlarınızı bəzi siyasətçilərə paylayaraq törətdiklərinizi bu millət bağışlayarmı? Əsla bağışlamaz, əhf etməz. Sizi də, o paralel terror təşkilatınızı da qaçdığınız yerə qədər qovacağıq."

  Türkiyənin Baş naziri Almaniya Federal Məclisinin erməni iddialarına bağlı qərarına dair isə bunları deyib: "Bu, təbii ki, bir tarixi yalandır. Soyqırımın nə olduğunu bilmək istəyən Birinci Dünya müharibəsindən sonra rus işğalçılarıyla birləşərək insanları Ərzincanda diri-diri yandıran o erməni şəbəkələrini görsün. 90-cı illərdə on minlərlə boşnağı doğrayan o insanlıq ayıbını xatırlayın. Bir gecədə Xocalıda 625 azərbaycanlı qardaşımızı qətl edənləri baxın. İkinci Dünya müharibəsində Avropanın üçdə biri bir-birini qırdı, vəhşicəsinə öldürdü, indi isə qalxıb Türkiyəyə dərs verməyə çalışırlar. Halbuki bizim tariximizdə istismar yox, əsarət yox, yalnız insanlıq var".



Әlaqәli Xәbәrlәr