Türkiyə və Afrika: bərabər əmakdaşlıq

Türkiyə Prezident Aparatı (Cmhurbaşkanlığı) sözçüsü İbrahim Kalının məqaləsi

503984
Türkiyə və Afrika: bərabər əmakdaşlıq

  Türkiyənin bölgədəki müvəffəqiyyətinin səbəbi sirr deyil: yerli ortaqlara hörmət etmək və çalışqan insanları yaralayacaq siyasətlərdən çəkinmək.

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 31 maydan 3 iyuna qədər Şərqi Afrikada rəsmi səfərdə oldu. Türkiyənin bölgədəki yaxın ortaqlarından olan Uqanda, Keniya və Somalini əhatə edən bu üç ölkədə olarkən Ərdoğan millətimizin Afrikanın müvəffəqiyyət hekayəsinin bir parçası olmaq istəyini təkrarladı.

  Türkiyənin Afrika ilə olan əlaqəsi bugünkü uğurlu halına bir gün içində gəlmədi. Qitəyə çatmaq üçün keçən əsrin 90-cı illərindən atılan ilk təməl addımlar Ədalət və İnkişaf Partiyası (AK Partiya) dövründə, Türkiyənin xarici siyasət səyləri nəticəsində sistematik və qərarlı duruma gəldi.

  2005-ci ildə, o zaman ölkənin Baş naziri ikən Rəcəb Tayyib Ərdoğan hökuməti regional müttəfiqlərimizə daha yaxın bir əməkdaşlığa cəlb etmək, yeni dostlar qazanmaq və qitənin potensialını ortaya çıxarmağa yardım etmək üçün Afrikaya yol aldı. Bu diplomatik səylər İstanbul və Malaboda edilən Türkiyə-Afrika ortaq zirvə toplantılarıyla davam etdi.

  Türkiyə ilə Şərqi Afrika əlaqələrində dönüş nöqtəsi Ərdoğanın 2011-ci il Afrika quraqlığı və qıtlığının təpəyə çatdığı bir dövrdə bu ölkəyə tarixi səfəri ilə oldu. Quraqlığın 250 min insanın həyatına bais olduğu bir zamanda Ərdoğan insanlara tək olmadıqlarını söylədi, təkrar ayaqları üzərində dayanmaları üçün yardım sözü verdi və əmələ çevirdi.

  Keçən ay (may) İstanbulda keçirilən Beynəlxalq Humanitar Sammitində 32 Afrika ölkəsindən gələn liderləri qonaq edən Türkiyə Şərqi Afrika ölkələri qarşısına şərəflə çıxdı.

  Son illər Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 30-dan çox ölkədə inkişaf layihələrini idarə etmək üçün 15 ofis açdı. Türkiyə təkcə 2012-2013-cü illərdə Afrikaya müxtəlif yardım proqramlarına 800 milyon ABŞ dollarlıq kömək etdi. Türk könüllülərinin və səlahiyyətlilərinin möhkəm və ağır işləri ərzaq, tibbi baxımdan və digər imkanları məhdud olan milyonlarla insanın həyatında fərq yaratdı.

  Keçən il Türkiyə afrikalı tibb işçilərinə təhsil vermək və xəstələri müalicə etmək üçün Türk-Somali Təlim və Araşdırma Xəstəxanası açdı. Bu xəstəxana Şərqi Afrikada ən böyük tibb mərkəzi olaraq fəaliyyət göstərir.

  Səylərimiz təkcə Şərqi Afrika ilə məhdud deyil…

  Türkiyə 2014-cü ildə Qərbi Afrikada  ebola epidemiyasından əziyyət çəkən insanların yanında oldu. Türkiyə Fövqəladə və Təcili Yardım Komitəsinin rəhbərliyi altında Siir Leon (Sierra Leone), Liberiya və Gvineyaya tibbi vəsait və humanitar yardım göndərdi. Bundan başqa, Mozambik və cənub-şərqi Afrikanın sel fəlakətinə köməyə qaçanların başında da yenə Türkiyə oldu.



Әlaqәli Xәbәrlәr