“Almaniyalı rəsmilər Türkiyənin qarşısına hansı üzlə çıxacaq?” R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentinin 1915-ci il hadisələrilə bağlı verdiyi qərarı “bir baş yuxarı”dan əmr almasıyla əlaqələndirib

503951
“Almaniyalı rəsmilər Türkiyənin qarşısına hansı üzlə çıxacaq?” R.T.Ərdoğan

  Şərqi Afrika səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib: “Bu qərara görə Almaniya Türkiyə kimi bir dostu itirmə riskiylə qarşı-qarşıya qala bilər… Keçən il - 1915-ci il hadisələrinin 100-cü ilində bu qərar niyə səsə qoyulmadı, bu il qoyuldu? Demək, bir baş yuxarıdan təlimat gəlib ki, belə bir addım atıblar… Səsverməyə qatılmayan Almaniya kansleri Angela Merkelin də hərəkəti doğru deyil… Almaniyalı rəsmilər belə bir qərardan sonra mənim, Baş nazirimizin qarşısına hansı üzlə çıxacaqlar, görəsən?"

  Bununla belə Almaniya parlamentin verdiyi qərarın qaçqın razılaşmasına təsir etməyəcəyini də bildirən dövlət başçısı: "Hadisə Almaniya ilə bağlı bir məsələdir. Bunu Türkiyə-Aİ hadisəsi kimi görmək doğru olmaz", - deyib.



Әlaqәli Xәbәrlәr