İbrahim Kalın: “Qǝrarın Türkiyǝ üçün heç bir hökmü vǝ mǝnası yoxdur”

Dövlǝt başçısının sözçüsü İbrahim Kalın Almaniyanın “1915-ci il hadisǝlǝrinǝ dair qǝrarını dǝyǝrlǝndirǝrǝk Türkiyǝnin  tarixi ilǝ üzlǝşmǝkdǝn heç vaxt imtina etmǝdiyini bildirib.

503037
İbrahim Kalın: “Qǝrarın Türkiyǝ üçün heç bir hökmü vǝ mǝnası yoxdur”

 Dövlǝt başçısının sözçüsü İbrahim Kalın Almaniyanın “1915-ci il hadisǝlǝrinǝ dair qǝrarını dǝyǝrlǝndirǝrǝk bildirib ki, Türkiyǝ  tarixi ilǝ üzlǝşmǝkdǝn heç vaxt imtina etmǝdi. Lakin yalanlara, böhtanlara vǝ baş verǝnlǝrin sǝhv başa düşülmǝsinǝ dǝ laqeyd qala bilmǝz.

İbrahim Kalın Almaniya Federal Mǝclisinin “1915-ci il hadisǝlǝri” ilǝ ǝlaqǝli qǝbul etdiyi qǝtnamǝni “siyasi mǝsuliyyǝtsizlik nümunǝsi” olaraq dǝyǝndirǝrǝk qeyd edib ki, “1915-ci il hadisǝlǝrini bǝhanǝ gǝtirǝrǝk Türkiyǝ Cümhuriyyǝti vǝ millǝtinǝ tǝzyiq etmǝyǝ cǝhd göstǝrmǝk mǝnasız işlǝrlǝ mǝşğul olmaqdan başqa heç nǝ dǝyildir, Türk dövlǝtini vǝ millǝtini heç tanımamaqdır.

Holokost cinayǝtkarı Almaniyanın özünü çox günahkar hiss etmǝsi vǝ bǝlkǝ dǝ özünü tǝmizǝ çıxarma duyğusu ilǝ addım atdığını bildirǝn İbrahim Kalın onu da vurğulayıb ki, qǝrarın Türkiyǝ üçün heç bir hökmü vǝ mǝnası yoxdur. Bu qǝrarı ǝn sǝrt şǝkildǝ qınayırıq.

Kalın Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın 2005-ci ildǝ etdiyi ortaq tarix komissiyası qurulmasına dair çağırışını xatırladaraq, Ermǝnistandan vǝ ermǝni tezisini müdafiǝ edǝnlǝrdǝn bu çağırışa müsbǝt cavab verilmǝdiyinǝ diqqǝt çǝkib.

Qǝbul edilǝn qǝtnamǝnin Türk-Alman münasibǝtlǝrinǝ hǝm siyasi hǝm dǝ ictimai sǝviyyǝdǝ tǝsirlǝrinin olacağını vurğulayan İbrahim Kalın Almaniyada yaşayan üç milyon Türkün dǝ bu qǝrara laqeyd qalmasının gözlǝnilmǝyǝcǝyini söylǝyib.



Әlaqәli Xәbәrlәr