“Türkiyənin gücünü təhrif etmək olmaz “, B.Yıldırım

Türkiyənin Baş naziri terror əməliyyatlarının bitməsi üçün 3 şərtin yerinə yetirilməsini vacib sayır

501906
“Türkiyənin gücünü təhrif etmək olmaz “, B.Yıldırım

  İzmirdə Qeyri Hökumət Təşkilatlarının nümayəndələri ilə bir araya gələn Türkiyənin Baş naziri Binalı Yıldırım əməliyyatların terror bitənə qədər davam edəcəyini qeyd edib.

  Terror əməliyyatlarının bitməsi üçün 3 şərtin yerinə yetirilməsinin vacib  olduğunu vurğulayan Binalı Yıldırım bildirib ki, “Bu terror təşkilatları nə vaxt vətəndaşları, yaşlıları, gəncləri öldürməkdən imtina edərsə, əsgərə, polisə, gözətçiyə silah qaldırmazsa, Anadolu torpaqlarının hər yerində vətəndaşların sakit və rahat yaşaması mümkün olarsa, o zaman bu əməliyyatlar dayandırılacaq. Problemin yeganə həlli terror təşkilatının ölkədən rədd olub getməsidir”.

  İzmirlə bağlı layihələrdən də bəhs edən Baş nazir bu şəhərdə 2019-cu ilə qədər sürət qatarının istifadəyə veriləcəyini bildirib.

  Binalı Yıldırım İzmirə qoyulacaq investisiyaların həcminin irili-xırdalı 53 ölkənin bir illik ümumi məhsulundan böyük olacağına da diqqət çəkərək deyib ki, “Türkiyənin gücünü təhrif etmək olmaz”. 



Әlaqәli Xәbәrlәr