Ərdoğan Türk Hava Qüvvələrinin illik yubileyini bir daha təbrik edib

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türk Hava Qüvvələrinin hamının hesablaşdığı gücü ilə regional və qlobal sülhə töhfə verdiyini bildirib.

501853

Ərdoğan hava Qüvvələri Komandanlığının illik yubileyi münasibəti ilə təbrik müraciəti yayıb.
Dövlət başçısı Hava Qüvvələri Komandanı, Ordu Generalı Abidin Ünala göndərdiyi məktubda Türk bayrağını dalğalandıran Türk hava Qüvvələrinin təcrübələrinə də diqqət çəkib.
Türk Hava Qüvvələrinin şərəf və qürur mənbəyi olduğunu vurğulayan Ərdoğan bildirib ki, THQ hər zaman ölkəmizin nüfuzunu yüksəldən qurumlarımız arasında yer alır.
 Dövlət başçısı Hava Qüvvələrinin müasir texnologiya və güclü infrastruktur sayəsində dünya aviasiyanın ən güclülülərindən biri olduğunu qeyd edib.
 Türk Hava Qüvvələrinin böyük nailiyyətlərindən qürur duyduğunu deyən Ərdoğan Türk Hava Qüvvələrinin illik yubileyini bir daha təbrik edib.
 
Әlaqәli Xәbәrlәr