“Rusiya ilǝ münasibǝtlǝrin yaxşılaşdırılması üçün birgǝ fǝaliyyǝt qrupu yaradılmalıdır”, M.Çavuşoğlu

Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu Rusiya ilǝ ǝlaqǝlǝrin yaxşılaşdırılması üçün birgǝ fǝaliyyǝt qrupu yaradılmasının lazım olduğunu bildirib.

500504
“Rusiya ilǝ münasibǝtlǝrin yaxşılaşdırılması üçün birgǝ fǝaliyyǝt qrupu yaradılmalıdır”, M.Çavuşoğlu

Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu Rusiya ilǝ ǝlaqǝlǝrin yaxşılaşdırılması üçün birgǝ fǝaliyyǝt qrupu yaradılmasının lazım olduğunu bildirib.

Çavuşoğlu Antalyada keçirilǝn Әn az inkişaf etmiş ölkǝlǝrin zirvǝ yığıncağında diplomatiya müxbirlǝrinǝ gündǝmǝ dair açıqlama verǝrǝk, Rusiya prezidenti Putinin, “Türkiyǝ ilǝ ǝlaqǝlǝri yaxşılaşdırmaq istǝyirik” sözlǝrinǝ toxunub. O bildirib ki, bu addımları ata bilmǝk üçün  birgǝ fǝaliyyǝt qrupu yaratmaq lazımdır. Bizim Rusiya tǝrǝfinǝ tǝklifimiz bu oldu. İstǝr rǝsmi, istǝr qeyri-rǝsmi, necǝ istǝsǝlǝr hansı addımları atacağımızı dǝyǝrlǝndirǝrik vǝ nǝticǝdǝ ortaq mǝxrǝcǝ gǝlǝrik. Hǝll olunmayacaq mǝsǝlǝ deyildir.

ABŞ-ın terror tǝşkilatı PYD ilǝ ǝmǝkdaşlığını tǝnqid edǝn Mövlud Çavuşoğlu bu tǝşkilatın mǝqsǝdinin daha çox torpaq ǝlǝ keçirǝrǝk Suriyanı bölmǝk olduğunu ifadǝ edib.

Rǝsmi Vaşinqtona bu barǝdǝ xǝbǝrdarlıq etdiklǝrini bildirǝn nazir ABŞ-ın model tǝrǝfdaşı olaraq tǝsvir etdiyi Türkiyǝyǝ terrorçu göndǝrǝn, silah göndǝrǝn bir tǝşkilata yiyǝ durmamasının vacibliyini vurğulayıb.

Çavuşoğlunun gündǝmindǝki digǝr mövzu isǝ Avropa İttifaqına tamhüquqlu üzvlük mǝsǝlǝsi olub.

Avropanın hal-hazırda Türkiyǝyǝ dünǝndǝn daha çox ehtiyacı olduğunu bildirǝn Xarici İşlǝr naziri  Türk vǝtǝndaşlarına viza tǝtbiqinin lǝğvi çǝrçivǝsindǝ terrorla mübarizǝdǝ qanuna dǝyişiklik edilmǝsinǝ toxunaraq deyib ki, hal-hazırda Türkiyǝ birdǝn çox terror tǝşkilatı ilǝ mübarizǝ aparır. Belǝ bir halda terrorla mübarizǝ qanununa dǝyişiklik etmǝk bizin üçün qeyri-mümkündür.

Aİ vǝ Türkiyǝdǝn ekspertlǝrin bir araya gǝlǝrǝk yol xǝritǝsi üzǝrindǝ fikir mübadilǝsi aparacaqlarını vurğulayan nazir ancaq bundan sonra “geri qǝbul” sazişini qüvvǝyǝ mindirǝ bilǝcǝklǝrini söylǝyib.

Çavuşoğlu Әgǝ dǝnizindǝki qaçqın ölümlǝrinin qarşısını almaq mǝqsǝdi ilǝ Yunanıstan ilǝ qǝbul edilǝn saziş sayǝsindǝ oktyabr ayında Yunan adalarına keçǝn miqrant sayı gündǝ 6 min 800 ikǝn, bu rǝqǝmin gündǝ tǝqribǝn 30-a düşdüyünü ifadǝ edib.



Әlaqәli Xәbәrlәr