1915-ci il hadisǝlǝrindǝn danışmaq ölkǝ mǝclislǝrinin vǝzifǝsi deyildir”, N.Kurtulmuş

Baş nazirin müavini vǝ hökümǝt nümayǝndǝsi  Numan Kurtulmuş 1915-ci il hadisǝlǝri haqqında söz demǝyin mǝclislǝrin vǝzifǝsi olmadığını söylǝyib.

500609
1915-ci il hadisǝlǝrindǝn danışmaq ölkǝ mǝclislǝrinin vǝzifǝsi deyildir”, N.Kurtulmuş

Baş nazirin müavini vǝ hökümǝt nümayǝndǝsi  Numan Kurtulmuş 1915-ci il hadisǝlǝri haqqında söz demǝyin mǝclislǝrin vǝzifǝsi olmadığını söylǝyib.

Numan Kurtulmuş Nazirlǝr Kabinetinin yığıncağından sonra verdiyi açıqlamada Almaniyadakı ermǝni iddialarının sǝsǝ qoyulması mǝsǝlǝsini dǝyǝrlǝndirǝrǝk deyib ki, 1915-ci il hadisǝlǝrinin nǝ olduğu, necǝ yarandığı, hansı şǝrtlǝrdǝ hansı nöqtǝlǝrǝ gǝlib çıxdığının müǝyyǝn edilmǝsi vǝ bu barǝdǝ danışmaq mǝclislǝrin vǝzifǝsi deyildir.  Hǝmin mövzuda heç bir parlamentin söylǝyǝcǝyi sözǝ heç kǝs etibar etmǝz. Parlamentlǝrin vǝzifǝsi tarixi hadisǝlǝr barǝdǝ keçmişdǝ olanları qarışdırıb, keçmiş günlǝrdǝki bir sıra çirkli hadisǝlǝri bugün müzakirǝyǝ çıxarmaq deyildir.

Baş nazirin müavini yığıncaqda terror hücumlarına görǝ Sur, Silopi, Cizrǝ, İdil vǝ Yüksǝkova qǝsǝbǝlǝrindǝ yıxılan binaların tǝmir işlǝrinin dǝ gündǝmǝ salındığını söylǝyib.

Paralel dövlǝt idarǝetmǝ tǝşkilatlanmasının bir terror tǝşkilatı olaraq dǝyǝrlǝndirildiyini dǝ vurğulayan Kurtulmuş bundan sonra bu mövzu ilǝ mübarizǝnin ǝsas çǝrçivǝsinin dǝ bir terror tǝşkilatı ilǝ mübarizǝ şǝklindǝ formalaşdırıldığını vurğulayıb.

Avropa İttifaqı tǝrǝfindǝn  Türk vǝtǝndaşlarına tǝtbiq edilmǝsinǝ dair söz verilǝn viza rejiminin lǝğvi barǝdǝ dǝ açıqlama verǝn Kurtulmuş bildirib ki, Avropa İttifaqından bǝzi siyasi xadimlǝr verilǝn vǝdlǝrin yerinǝ yetirilmǝyǝrǝk prosesin lǝngidilmǝsi üçün bir sıra addımlar atırlar. Onların bu mövqeyinin düzgün olmadığını da ifadǝ etmǝk istǝyirik.



Әlaqәli Xәbәrlәr