Türkiyə Bosniya və Herseqovinanın kimsəsiz uşaqlarını sevindirdi

Hər zaman Bosniya və Herseqovinanın yanında olan Türkiyə bu dəfə də kimsəsiz uşaqları sevindirdi.

499173
Türkiyə Bosniya və Herseqovinanın kimsəsiz uşaqlarını sevindirdi

 Bosniya və Herseqovinadakı 100 kimsəsiz uşağa velosiped, idman ləvazimatı və paltar paylandı.
 
 Dünya Etnik İdman Növləri Konfederasiyasının sədri və Oxatanlar Fondu Himayədarlar Nümayəndə Heyətinin üzvü Bilal Ərdoğan Sarayevoda keçirilən mərasimdə Türkiyə ilə Bosniya və Herseqovina arasında əsrlərə söykənən yaxınlıq olduğunu söylədi.
 
 Sarayevo Təhsilin İnkişafı Fondunun sədri Həsən Topaloğlu da kimsəsiz uşaqlara edilən yardımların daha da artacağını bildirdi.
 
 Bilal Ərdoğan mərasimdən sonra Beynəlxalq Sarayevo Universiteti tələbələri ilə bir araya gəldi.
 
 Bilal Ərdoğan burada çıxış edərək: "İdmanda öz idmanımız ilə,musiqidə öz musiqimiz ilə, sənətdə öz sənətimiz ilə yenidən görüşməliyik ki, milli kimliyimiz ilə gələcəyə daha əmin addımlarla gedə bilək. Cəmiyyətlərin milli yaddaşlarını itirdiyi zaman gələcəyə dair iddiaları ola bilməz. Ancaq başqa mədəniyyətlərə xidmət edəcək bir iddiaya sahib ola bilərlər" dedi.
 

Tələbələr Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı buraxılış mərasimində aralarında görmək istədiklərini bildirdilər.



Әlaqәli Xәbәrlәr