Numan Kurtulmuş: "MəqsədimizTürkiyəni dünyanın 10 böyük ölkəsindən biri etməkdir"

Türkiyənin Baş nazir Müavini Numan Kurtulmuş məqsədlərinin Türkiyəni dünyanın10 böyük ölkəsindən biri etmək olduğunu dedi.

499153
Numan Kurtulmuş: "MəqsədimizTürkiyəni dünyanın 10 böyük ölkəsindən biri etməkdir"

Türkiyənin Baş nazir müavini Numan Kurtulmuş məqsədlərinin Türkiyəni dünyanın10 böyük ölkəsindən biri etmək olduğunu dedi.
 
Kurtulmuş 65-cu Hökumət Proqramı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin Ümumi İclasında Hökumət adından çıxış etdi.
 
 Çıxışında terrorla mübarizədən bəhs edən Kurtulmuş mübarizədə əməyi keçən hər kəsə və təhlükəsizlik qüvvələrinə təşəkkür etdi.
 
 Türkiyənin bu mübarizəsində zaman-zaman terror təşkilatlarını də cəsarətləndirən bir başqa terror təşkilatına də diqqət çəkən Kurtulmuş: "Paralel dövlət quruculuğu adlandırılan və Türkiyənin təhlükəsizlik strategiyasının bir parçası halına gələn təşkilat da mövcuddur. Bu təşkilat Türkiyədə və xaricdə, əlindəki bütün imkanları səfərbər edərək yalnız hökumətə qarşı deyil, eyni zamanda, Türkiyənin qarşısında kim varsa ona dəstək olmaqla Türkiyənin əleyhinə işləyir. Bu təşkilatla mübarizədə bütün qanuni imkanlar çərçivəsində sonadək gedəcək və  bu mübarizəni uğurla başa çatdıracağıq" dedi.



Әlaqәli Xәbәrlәr