Çinli sənətkar

Dünyaca məşhur Çinli müxalif sənətkar Ai Weiwei, Avropa İttifaqının suriyalı qaçqınlara köməyi təkidləTürkiyənin boynuna qoymasını "əxlaqsızlıq" adlandırdı.

498836
Çinli sənətkar

  Qaçqınların dramını "utancverici bir insanlıq böhranı" kimi qiymətləndirən sənətkar Türkiyə ilə Avropa İttifaqı arasında imzalanan müqavilə üçün: "Bu müqavilənin hüquqi və əxlaqi  əsası yoxdur. Utancverici bir haldır. Bu, nəinki həll yolu  göstərməyən, hətta yeni problemlərə də səbəb ola biləcək bir müqavilədir" dedi.
 
 Yunanıstanın paytaxtı Afinada çıxış edən Ai Weiwei yeganə həllin "insanlıq" olduğunu söyləyərək: "İnsanlar getdikcə eqoist və dar düşüncəli olurlar. Bu bölgəsəl problem deyil, insanlığın problemidir. Pis insanlar hər yerdə vardır. İnsanlığa etibar etməliyik,, siyasətçilərə deyil" deyə danışdı.
 
Çinli sənətkar Türkiyə ilə Aİ arasındakı müqavilənin mart ayında imzalanmasından 1 həftə sonra Türkiyəyə gəldiyində də Türkiyənin çox böyük fədakarlıqlar etdiyini və bunun qiymətləndirilməsinin vacib olduğunu söyləmişdi.
 
 Çinli sənətkar Türkiyə sahillərindən axın-axın Yunanıstana gedən  qaçqınların yaşadığ çətinliklərə da bu sözlərlə diqqət çəkdi: "Bu insanların Avropada edəcəkləri bir şey yoxdur, amma buraya gəlməkdən başqa çarələri də yoxdur. Nəticədə bu həyat  məsələsidir. Avropa vətənlərindən ayrılmaq məcburiyyətində qalan bu insanlara qarşı laqeyddir . Yağışın altında, palçığın içində yatırlar və yalnız könüllülərin gətirdiyi yemək və geyimlərlə həyata yapışmağa çalışırlar".



Әlaqәli Xәbәrlәr