65-ci Hökumətin ilk Nazirlər Kabinetinin iclası Prezident İqamәtgahında baş tutub

İlk Nazirlər Kabinetinin iclası Prezident İqamәtgahında baş tutub.

497784
65-ci Hökumətin ilk Nazirlər Kabinetinin iclası Prezident İqamәtgahında baş tutub

 Daxili və xarici gündəmə dair mәsәlәlәr  Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğanın  rəhbərliyində müzakirə olunub.

 Nazirlər Kabinetinin  5 saat davam edən iclasından sonra  Baş nazir müavini  və hökumәt nümayәndәsi Numan Kurtulmuş açıqlama verib.

Numan Kurtulmuş verdiyi açıqlamada  "Bu hökumətə  islahat hökuməti demək doğru olar"  deyib vә

Baş nazir müavinlərinin vəzifə bölgülərini açıqlayıb.

Belәliklә  Xəzinə, Mərkəzi Bank  və dövlət banklarından  mәsul nazir Mehmet Şimşək olub.

Hökumət  sozçüsü, Dövlәt Sürası  ilə bağlı münasibətlər və TRT, Anadolu agentliyi ilə Radio vә Televiziya Ali Şurası ( RTÜK)-dәn   mәsul Baş nazirin müavini Numan Kurtulmuş olub.

Türkiyə Sərmayə Bazarı Şurası, Bank Tәnzimlәnmәsi vә Nәzarәti Agentliyi vә Türkiyənin Qənaət Haqq Sığorta Fondundan mәsul nazir Nurettin Canikli, Milli Tәhlikәsizlik Şurası vә Kıbrıs mәsәlәlәri üzrә nazir  Tuğrul Türkeş, Türk  Әmәkdaşlıq vә Koordinasiya agentliyi  vә İnsan Hüquqları üzrә nazir isә  Veysi Kaynak olub.



Әlaqәli Xәbәrlәr