Türkiyənin 65-ci hökumətində təmsil olunacaq adlar açıqlanıb

Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binali Yıldırımın təqdim etdiyi Kabinet siyahısını təsdiqləyib.

496892
Türkiyənin 65-ci hökumətində təmsil olunacaq adlar açıqlanıb

Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binali Yıldırımın təqdim etdiyi Kabinet siyahısını təsdiqləyib.

 Siyahıya görə, Numan Kurtulmuş, Nurettin Canikli, Tuğrul Türkeş, Mehmet Şimşek və Veysi Kaynak Baş nazirin müavinləri olacaq.

Yeni kabinetdə Avropa İttifaqı üzrə nazir və Baş müşavir Ömər Çelikdir.

 Xarici İşlər naziri Mevlüt Çavuşoğlu yenə öz vəzifəsinə davam edəcək.

Ailə və Sosial Siyasətlər Nazirliyinin başına 65-ci hökumətdə tək qadın nazir olan Fatma Betül Sayan gətirilib.

Siyahını Binali Yıldırım, Türkiyə Böyük Millət Məclisində, partiya toplantısına başçılıq edib.

Çıxışı zamanı Baş nazir, baş verən hadisələrin Türkiyənin bölgədəki əhəmiyyətini daha da artırdığını vurğulayıb.

Binali Yıldırım "Bununla da dostlarımızın sayını artıracaq, düşmənlərimizin sayını azaldacağıq” deyə bildirib.

Daha sonra Yıldırım, Çankaya Köşkünə gedib.

Yeni hökumətin proqramı bu gün Türkiyə Böyük Millət Məclisində oxunacaq.



Әlaqәli Xәbәrlәr