Türkiyənin 65-ci hökumətində təmsil olunacaq adlar açıqlandı

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hökuməti qurmağı tapşırdığı Ədalət və İnkişaf Partiyasının sədri Binali Yıldırımın təqdim etdiyi Kabinet siyahısını təsdiqləyib

496758
Türkiyənin 65-ci hökumətində təmsil olunacaq adlar açıqlandı

  Siyahıya görə, Numan Kurtulmuş, Nurettin Canikli, Tuğrul Türkeş, Mehmet Şimşek və Veysi Kaynak Baş nazirin müavinləri olacaq.

  Yeni kabinetdə Avropa İttifaqı üzrə nazir və Baş müşavir Ömər Çelikdir.

   Xarici İşlər naziri Mevlüt Çavuşoğlu yenə öz vəzifəsinə davam edəcək.

  Ailə və Sosial Siyasətlər Nazirliyinin başına 65-ci hökumətdə tək qadın nazir olan Fatma Betül Sayan gətirilib.

  Yeni hökumət proqramı Türkiyə Böyük Millət Məclisində oxunduqdan 2 gün sonra səsverməyə qoyulacaq, daha sonra nazirlər vəzifələrinin icrasına başlayacaq.



Әlaqәli Xәbәrlәr