F-35 döyüş tǝyyarǝsinin sınaq uçuşu

Türkiyə sifariş etdiyi 100 ədəd F-35 qırıcı təyyərənin ilk ikisini gələcək il təhvil alacaq.

496681
F-35 döyüş tǝyyarǝsinin sınaq uçuşu

Türkiyənin də aralarında olduğu 9 ölkənin iştirak etdiyi  ortaq qırıcı tǝyyarǝ (JSF) proqramı çərçivəsində istehsal edilən iki F-35 döyüş tǝyyarǝsi sınaq uçuşu üçün Hollandiyaya aparılıb.

 ABŞ-ın Kaliforniya ştatında Eduard hava bazasından qalxan döyüş təyyarələri Hollandiyanın Leeuwarden şəhərindəki hava bazasına enib.

 F-16 döyüş tǝyyarǝlǝrinin müşayiǝtindǝ Hollandiya hava sahəsinə girən yeni nəsil döyüş təyyarələrinin ölkəyə çatmasına görǝ hava bazasında təşkil olunan mərasimdə iştirak edən Müdafiə  naziri Jeanine Hennis Plasschaert ilk uçuşu həyata keçirən pilotları təbrik edib.

 Ölkədə 3 həftə qalacaq təyyarələr səs sahələri, o cümlədən müxtəlif test uçuşlarından sonra xalqın ziyarətinə açılacaq.

 F-16 vǝ F-18 kimi döyüş təyyarələrindən dörd qat daha təsirli olduğu bildirilǝn F-35-lǝrin həm havadan havaya həm də havadan quruya hücum qabiliyyəti var. Radara yaxalanmama xüsusiyyətinə malik yeni nəsil təyyarələr 1990-ci ildə dizaynı hazırlandı sonra isǝ ABŞ və İngiltərənin rəhbərlik etdiyi konsorsium tərəfindən istehsal edildi.

Türkiyənin 2002-ci ildə daxil olduğu layihənin digər ortaqları isə Kanada, Avstraliya, Kanada, Danimarka, İtaliya, Hollandiya, Norvç, İngiltərə və Almaniyadır. 

İsrail, Yaponiya və Cənubi Koreya da ABŞ-ın xarici hərbi material satın alan ölkələr olaraq konsorsiumun təyyarələrindən alacaq. 

Türkiyənin sifariş etdiyi 100 ədəd F-35 qırıcı təyyərənin ilk ikisini gələcək il təhvil alacağı gözlənir. 



Әlaqәli Xәbәrlәr