Türkiyədən Rusiyaya cavab

Türkiyə, Rusiyanın dinc sakinlərə qarşı təşkil etdiyi hücumlarla törətdiyi cinayət siyahısını genişləndirdiyini bəyan edib.

496024
Türkiyədən Rusiyaya cavab

Türkiyə, Rusiyanın dinc sakinlərə qarşı təşkil etdiyi hücumlarla törətdiyi cinayət siyahısını genişləndirdiyini bəyan edib.

Xarici İşlər Nazirliyi sözçüsü Tanju Bilgiç Anadolu xəbər agentliyinə Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaharovanın Türkiyənin Suriya və Krım siyasəti haqqındakı iddiaları ilə bağlı açıqlamalar verib.

Bilgiç Rusiya Federasiyası Xarici İşlər Nazirliyi sözcüsünün son günlərdə Türkiyə əleyhinə yalan və böhtan dolu ifadələrin, Rusiyanın noyabrın 24-dən (Təyyarə böhranı baş verəndən) bu zamana qədər Türkiyəyə qarşı apardığı dezinformasiya və təbliğat kampaniyasının yeni bir nümunəsi olduğunu ifadə edib.

Bu vəziyyətin Rusiyanın Suriyadakı acizlik və çarəsizliyini də nümayiş etdirdiyini vurğulayan Bilgiç "Rusiya Federasiyası, rejimin Suriyada xəstəxanaları, məktəbləri, qaçqın düşərgələrini hədəf almaq, kimyəvi silahlar və barrel bombaları da olmaqla, bütün növ silahlardan istifadə etmək,  uşaqlar da olmaqla vətəndaşları aclığa məhkum etmək, bəşəriyyətə qarşı törətdiyi cinayətkarlığa ortaq olmaqla, eyni zamanda  dinc əhaliyə  qarşı təşkil etdiyi hava hücumlarıyla törətdiyi cinayət siyahısını genişləndirir” deyə bildirib.

Bundan başqa Rusiyanın DEAŞ terror təşkilatına yardım edərək onunla neft ticarəti aparan, əməkdaşlıq edən Suriya rejimi ilə ortaq olduğunu bildirən Tanju Bilgiç bir gün bunların cavabının məhkəmə qarşısında veriləcəyini qeyd edib. Nazirliyin sözçüsü bildirib ki, xarici mətbuatdan müşahidə edirik ki, Suriyadakı qarşıdurmaya xarici dövlətlərdən terrorçu göndərilir.

“PKK, YPG, DEAŞ və Əl Nusra da daxil olmaqla  terror təşkilatlarının  Rusiya istehsalı olan silahlardan getdikcə daha çox istifadə etdiklərini görürük” deyə Bilgiç vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi sözcüsünün Türkiyənin Krım siyasəti haqqındakı bəzi iddiaları ilə bağlı Bilgiç "Son illərdə Ukrayna və Gürcüstan kimi qonşu ölkələrə hücum edərək dünyanın nəzərində olan, beynəlxalq hüququ pozduğuna görə sanksiyalara məruz qalan  Rusiyanın Krımı qanunsuz işğalı tarixdə ləkə olaraq qalacaq, Türkiyə daxil olmaqla beynəlxalq cəmiyyət tərəfindən tanınmayacaq" deyə qeyd edib.

 



Әlaqәli Xәbәrlәr