Dünya Humanitar Sammitindǝ liderlǝrin çıxışları olub

Ukrayna Prezidenti Pyotr Poroşenko, Rusyanı beynəlxalq humanitar hüququ pozmaqda günahlandırıb.

496241
Dünya Humanitar Sammitindǝ liderlǝrin çıxışları olub

Ukrayna Prezidenti Pyotr Poroşenko, Rusyanı beynəlxalq humanitar hüququ pozmaqda günahlandırıb.

İstanbulda keçirilən Birləşmiş Millətlər (BMT) Dünya Humanitar Sammitinin açılış iclasında çıxış edǝn Poroşenko Ukraynanın şǝrqindǝ vǝ Krımdakı humanitar böhranlara diqqǝt çǝkib.

 Poroşenko Rusiyanın Krımı qanunsuz ilhaqı ilǝ Krım xalqının hüquqlarını tapdaladığını qeyd edǝrǝk deyib ki, zamanlar ianəçi mövqeyindəki Ukrayna humanitar yardım alan bir ölkə halına gəldi. Bu yaşadığımız təcrübə nəticəsində onu gördük ki, humanitar yardım sahǝsindǝ addım atmaq vacibdir. Milyonlarla insanın çəkdiyi acılara son qoymaq üçün də humanitar mövzularla ǝlaqǝli mǝsǝlǝlǝri yenidən nəzərdən keçirməliyik.

 Açılış iclasında çıxış edǝn Almaniya kansleri Angela Merkel silahlı münaqişələrdə mülki şəxslərin həlak olmasının qarşısının alınması üçün səylərin artırılmasının vacibliyini bildirdi. O, Almaniyanın bundan sonra da humanitar yardımların dəstəklənməsi və müvafiq vəsaitin daha da artırılması istiqamətində fəaliyyətini gücləndirəcəyini vurğuladı. Bu sahədə mövcud fəaliyyətlərin əlaqələndirilməsinin əhəmiyyətini qeyd edən Kansler bununla bağlı daha səmərəli qlobal sistemin yaradılmasının vacibliyini diqqətə çatdırdı.

Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir ǝs-Sabah qeyd edib ki, bu Sammit BMT-nin öz məqsədlərinə çatması üçün mühüm vasitədir. Yeni meyarların müəyyənləşdirilməsi, bütün dövlətlərin və beynəlxalq təşkilatların humanitar böhranın aradan qaldırılmasına fəal dəstək verməsi xüsusi əhəmiyyət daşıyır

 Mali Dövlət başçısı İbrahim Bubakar Keita da iqlim dəyişikliyindən ərzaq təhlükəsizliyinə öz ölkəsində baş verən müxtǝlif böhranlara toxunaraq, humanitar mövzularda addımlar atılmasının vacibliyini vurğulayıb vǝ bu sahǝdǝ dǝstǝk verəcəklərini qeyd edib.

 Cənubi Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadis isə, Kıbrısdakı müsbət siyasi şəraitin davam edəcəyinə inandıqlarını bildirǝrǝk deyib ki, gǝlǝcǝk dövrdǝ dinc şəkildə bir yerdə əmin-amanlıq içində yaşayaraq, əməkdaşlıq edərək, etnik, dini, mədəni və dil əməkdaşlıq ilə Adaya əmin-amanlıq gətirəcəyimizə inanıram. Xristian vǝ müsǝlman icmalar bir arada fövqǝladǝ şǝkildǝ bir arada yaşaya bilǝcǝklǝr.



Әlaqәli Xәbәrlәr