Ədalət və İnkişaf Partiyasının  yeni sədri seçilib

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının  yeni sədri seçilib.

495691
Ədalət və İnkişaf Partiyasının  yeni sədri seçilib

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının  yeni sədri seçilib.

Bu gün AK Partiyanın  Ankara Arena İdman Salonunda keçirilən 2-ci  fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.

Bu arada  Türkiyǝnin dövlǝt başçısı Rǝcǝb Tayyib Ərdoğan  qurultaya  bir mesaj göndǝrib. R.T.Ərdoğan  mesajında qurduğu partiyadan gözlǝntilǝrini  bildirib.

Binali Yıldırım AK Partiyanın  2-ci  fövqəladə qurultayındakı çıxışı zamanı terrorla  mübarizǝnin qǝtiyyǝtlǝ davam edǝcǝyini  vurğulayıb.

B. Yıldırım çıxışında yeni konstitusiya ilə  prezident üsul idarəsinin vacibliyindən də danışıb. 

 Qurultayda  çıxış edǝn Əhmǝd Davudoğlu  da  qurultayın  vida yox, vəfa qurultayı olduğunu deyib.



Әlaqәli Xәbәrlәr