"Partiyanın yeni sədrinə höküməti qurmaq vəzifəsi tapşırılacaq", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 22 mayda Ədalət və İnkişaf Partiyasının qurultayının keçiriləcəyini vǝ qurultayda seçilǝcǝk yeni sǝdrǝ hökuməti qurmaq vəzifəsi tapşıracağını söyləyib.

494095
"Partiyanın yeni sədrinə höküməti qurmaq vəzifəsi tapşırılacaq", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 22 mayda Ədalət və İnkişaf Partiyasının qurultayının keçiriləcəyini vǝ qurultayda seçilǝcǝk yeni sǝdrǝ hökuməti qurmaq vəzifəsi tapşıracağını söyləyib.

 Ərdoğan Cümhurbaşqanlığı kompleksində gənclərlə bir araya gǝlib. Dövlǝt başçısı özǝl telekanallardan birindǝ canlı yayımlanan görüşdǝ bazar günü axşam radǝlǝrindǝ yeni baş nazirin məlum olacağını bildirib.

 Toxunulmazlıq hüquqlarının ləğvi mövzusundakı bir suala da cavab verən Ərdoğan bununla bağlı yekun qərarı məhkəmənin verəcəyini qeyd edib.

 Prezidentlik sistemi ilǝ bağlı mübahisǝlǝrǝ dǝ toxunan Dövlǝt başçısı Ərdoğan G20 ölkələrini nümunə göstərərək, bu ölkələrin yarıdan çoxunun prezidentlik sistemi ilə idarə edildiyini vurğulayıb.

 Ərdoğan yeni konstitusiya fǝailiyyǝtlǝri ilə daha demokratik bir idarə sisteminin təmin olunacağını da qeyd edib.

Dövlǝt başçısı Avropa İttifaqının viza rejimini lǝğv etmǝsi mǝsǝlǝsindǝ isǝ deyib ki, İttifaq gec ya tez Türkiyəyə tǝtbiq edilǝn viza rejimini lǝğv edǝcǝyinǝ inanıram.

 Avropanın təəssüf ki, ikiüzlü siyasǝt izlǝdiyini bildirǝn Ərdoğan qeyd edib ki, baxırsınız Latın Amerikasi ölkələrinə vizanı lǝğv edir Nə əlaqəsi var bunların Avropa İttifaqı ilǝ? Onlara bu imkanı verirsən amma müzakereci bir ölkə olan Türkiyəyə nǝyǝ görǝ viza tǝtiq edirsǝn?

 Terrorla mübarizǝ mǝsǝlǝsinǝ dǝ toxunan Dövlǝt başçısı vurğulayıb ki,  bu iş qurtarmadan, bu iş həll olunmadan hǝrbi əməliyyatlar başa çatmayacaq. Qətiyyǝtli olaraq bu ölkədə Türkiyə Cümhuriyyəti dövlətinin nüfuzunu, hakimiyyətini və mənim millətimin rahatlığını təmin edənə qədər bu mübarizə davam etdirilǝcǝkdir.

 Ərdoğan Suriya və Türkmənlərlə bağlı suala cavabǝn dǝ deyib ki, Bayırbucak Türkmənlərinin hal-hazırda qarşı-qarşıya olduğu şərtlər və çətinliklər normal şeylǝr deyildir.

 Türkiyə olaraq Suriya ilə aparılan mübarizəyə toxunan Erdoğan Bayırbucak Türkmənlərinə hər cür yardım etdiklərini və buna davam edəcəklərini, onları heç vaxt yalnız qoymayacaqlarını vurğulayaraq, Türkmen dağlarında qǝbǝlǝbinin ǝldǝ edilǝcǝyinǝ inandığını dilǝ gǝtirib.



Әlaqәli Xәbәrlәr