Beynəlxalq Humanitar Zirvə Toplantısı 23-24 may tarixlərində İstanbulda olacaq

Tədbirdə 70-dən çox dövlət və hökumət başçısı, nazir və digər səlahiyyətlilərlə yanaşı beynəlxalq, qeyri-hökumət və akademik təşkilatlar, media və özəl sektor nümayəndələri iştirak edəcək

493967
Beynəlxalq Humanitar Zirvə Toplantısı 23-24 may tarixlərində İstanbulda olacaq

  Birləşmiş Millətlər Təşkilatının təşkil etdiyi Beynəlxalq Humanitar Zirvə Toplantısı 23-24 may tarixlərində Türkiyənin ev sahibliyilə İstanbulda keçiriləcək.

  Tədbirdə 70-dən çox dövlət və hökumət başçısı, nazir və digər səlahiyyətlilərlə yanaşı beynəlxalq, qeyri-hökumət və akademik təşkilatlar, media və özəl sektor nümayəndələri iştirak edəcək.

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ölkəyə gələcək dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri olacaq.

  Zirvə Toplantısı xəttiylə 21 mayda Beynəlxalq Akademik Forum da təşkil ediləcək.



Әlaqәli Xәbәrlәr