“Terror Lahor, Ankara, İstanbul, Diyarbəkirdə olunca heç bir səs-səmir yoxdur”, R.T.Ərdoğan

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 16 vətəndaşın ölümünə səbəb olan Diyarbəkirdəki PKK-nın terror hücumuna Qərb ictimaiyyətindən ciddi bir reaksiya gəlmədiyinə sərt reaksiya göstərib

492851
“Terror Lahor, Ankara, İstanbul, Diyarbəkirdə olunca heç bir səs-səmir yoxdur”, R.T.Ərdoğan

  İslam Əməkdaşlıq Təşkilatının 3-cü Su İşləri üzrə Məsul Nazirlər Toplantısının açılışında çıxış edən Ərdoğan terrora qarşı münasibətinə görə Qərbi tənqid edib. PKK-nın 15  ton patlayıcıyla etdiyi Diyarbəkir hücumuna Qərb dünyasının səssiz qaldığından bəhs edən dövlət başçısı deyib: "Bir yük maşını dolusu patlayıcının Diyarbəkir şəhər mərkəzində partladılması bütün dünyada çox ciddi əks-səda doğrumalıydı. Amma Qərb ölkələri terrorla bağlı ikili standart nümayiş etdirir. Terror hücumu Parisdə olunca Qərbdən səs çıxır, Brüsseldə olunca çıxır, amma Lahorda, Ankarada, İstanbulda, Diyarbəkirdə olunca heç bir səs-səmir yoxdur. Bax, bizi yandıran budur”.



Әlaqәli Xәbәrlәr