TBMM-də toxunulmazlıqla bağlı birinci tur səsverməsi

TBMM Baş İdarəsində toxunulmazlıqla əlaqədar konstitusiya dəyişikliyi təklifinin 1-ci maddəsi 350 səslə qəbul edilib

492833
TBMM-də toxunulmazlıqla bağlı birinci tur səsverməsi

  Türkiyə Böyük Millət Məclisi Baş İdarəsində haqqında qovluqlar olan millət vəkillərinin qanunvericilik toxunulmazlığının qaldırılmasına dair konstitusiya dəyişikliyi təklifinin maddələrinə keçilməsi 348 səslə qəbul edilib.

  Gizli səsvermədə 536 millət vəkilinin iştirakı olub. Səsvermədə millət vəkillərindən 155-i əleyhinə səs verib,  8-i bitərəf qalıb, 25 səs isə boş çıxıb.

  TBMM Baş İdarəsində toxunulmazlıqla əlaqədar konstitusiya dəyişikliyi təklifinin 1-ci maddəsi 350 səslə qəbul edilib: 148 səs əleyhinə olub, 27 səs boş çıxıb, 1 səs etibarsız sayılıb, 5 millət vəkili bitərəf qalıb. Toxunulmazlıqla bağlı təklifin 2-ci maddəsi 357 səslə qəbul edilib. Bu gizli səsvermədə də 529 millət vəkili iştirak edib. Səsvermədə 2-ci maddə üçün 149 əleyhinə olub, 17 səs boş çıxıb, 6 millət vəkili isə bitərəf qalıb.

  Təklifin 2-ci maddəsi qəbul edildikdən sonra Məşvərət Məclisi Türkiyə Böyük Millət Məclisinin 18 may çərşənbə günü toplanmaması təklifini qəbul edib.

  Qeyd edək ki, toxunulmazlıqla əlaqədar konstitusiya dəyişikliyi təklifinin xalq səsverməsinə çıxarılması üçün 367 səs lazımdır.

  Məclisdə ikinci tur səsverməsi cümə günü mayın 2-də olacaq.



Әlaqәli Xәbәrlәr