İ.Kalın:‘‘Tarixi və hüquqi sənəd olmadan soyqırımdan bəhs etmәk siyasi istismardır’’

Türkiyә Prezident Aparatının sözcüsü İbrahim Kalın   tarixi və hüquqi sənəd olmadan soyqırımdan bəhs etmənin  siyasi istismar olduğunu deyib.

493443
İ.Kalın:‘‘Tarixi və hüquqi sənəd olmadan soyqırımdan bəhs etmәk  siyasi istismardır’’

Türkiyә Prezident Aparatının sözcüsü İbrahim Kalın   tarixi və hüquqi sənəd olmadan soyqırımdan bəhs etmənin  siyasi istismar olduğunu deyib.

İbrahim Kalın  Prezident İqamәtgahında  keçirdiyi mətbuat konfransında gündəmә dair  mövzuları qiymətləndirib.

Qondarma  Erməni soyqırımı iddialarının müxtəlif vaxtlarda gündəmə gətirildiyini xatırladan Kalın  bu  mövzu ilә әlaqәdar iyunun 2-dә   Almaniyanın  Federal Məclisində  səsvermənin  keçiriləcəyini deyib.

 Məsələ ilә bağlı mәtni  hәlә görmәdiyini  qeyd edən Kalın  soyqırım iddiasının ciddi bir ittiham olduğunu vurğulayıb.

İbrahim Kalın tarixi və hüquqi sənəd olmadan soyqırımdan bəhs etmənin  siyasi istismar olduğunu deyib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu  dövrdә  ‘‘Müştərək Komissiya’’ yaradılması ilә әlaqәdar  çağırışını xatırladan İbrahim Kalın: ‘’

"Təəssüf ki, nə Ermənistandan nə də Ermənistanın  tezislərini dəstəkləyən ölkələrdən bir cavab gəlmədi. Belə bir komissiya 1915-ci ildә  nələrin  baş verdiyini obyektiv  şәkildә  ortaya qoyardı. Bu  çağırışımız  hәlә dә  qüvvәdәdir. O dövrdə baş verən hadisələrin işıqlandırılması əlbəttə ki, həm Türkiyə Cümhuriyyəti vətəndaşları, həm dә  Erməni vətəndaşlarımız  üçün çox әhәmiyyәtlidir’’ deyib.

1915-ci il hadisəsinin inkar edilməz bir həqiqət olduğunu bildirən Kalın  ancaq məsələyə ədalətli  yanaşmaq lazım olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr