“Alman kimi vǝ Türk kimi” sözlǝrinin mǝnası nǝdir?

Volkan Bozkır bildirib ki, Avropa İttifaqının bu Alman səfiri “Alman kimi və Türk kimi” sözlǝrilǝ nǝyi nəzərdə tutduğunu Türk millətinə açıqlamalıdır.

490912
“Alman kimi vǝ Türk kimi” sözlǝrinin mǝnası nǝdir?

Bunu Avropa İttifaqı işlǝri üzrǝ nazir Volkan Bozkır Avropa İttifaqı Türkiyǝ nümayǝndǝsinin sədri səfir Hansjörg Haberin sözləri qarşısında deyib.

 Nazir bildirib ki, Avropa İttifaqının bu Alman səfiri “Alman kimi və Türk kimi” sözlǝrilǝ nǝyi nəzərdə tutduğunu Türk millətinə açıqlamalıdır.

Bozkır özünün “twitter” sǝhifǝsindǝ Ankaradakı Avropa İttifaqı sǝfiri Hansjörg Haberin mətbuata verdiyi açıqlamada bir səfirə yaraşmayan ifadələr işlətdiyini vurğulayaraq, bir diplomatın və xüsusən səfirin vəzifəli olduğu ölkənin rǝhbǝrinǝ bu şəkildə xitab edǝ bilmǝyǝcǝyini qeyd edib. “Bu diplomatiyanın birinci qaydasıdır. Türkiyə-Aİ münasibətləri elǝ bir dövrdǝn keçir ki, bu cür diplomatik uyğunsuz davranışların, Türkiyəyə təpədən və mənfi yanaşmaların zamanı deyildir. Alman olmaqla öyünən Aİ sǝfiri Haberin indi ya bu sözlǝrinǝ aydınlıq gǝtirmǝsini yaxud da lazım olanı yerinǝ yetirmǝsini etməsini gözləyirəm"deyǝ Volkan Bozkır vurğulayıb.

Xatırladaq ki,  Avropa İttifaqı Türkiyǝ nümayǝndǝsinin sədri səfir Hansjörg Haber bir qrup jurnalistə viza rejiminin lǝğvi ilǝ bağlı verdiyi açıqlamada Aİ-nin vizanın lǝğvi üçün Türkiyənin yerinə yetirməsini istədiyi 72 şǝrtin 2013-cü ildǝ bǝridir məlum olduğunu bildirərək deyib ki, bir atalar sözümüz var. "Türk kimi başlayıb Alman kimi axıra çatdırmaq”, burada əksinə oldu.



Әlaqәli Xәbәrlәr