Türk Silahlı Qüvvәlәri DEAŞ-a ağır zәrbәlәr endirib

Türk Silahlı Qüvvələri  terror tәşkiları PKK-nın  ölkә dәxilindәki  və İraqın şimalındakı  mövqelәrinә  ağır zәrbәlәr endirib.

490657
Türk Silahlı Qüvvәlәri DEAŞ-a ağır zәrbәlәr endirib

Hakkarinin Dağlıca bölgәsindә  terrorçular ilә tәhlükәsizlik qüvvәlәri arasında baş verәn toqquşma nәticәsindә  bir әsgәr şәhid olub.

Tәhlükәsizlik mәnbәlәrindәn verilәn mәlumata görә,  İraq sәrhәdindәki Kurki  tәpәsindә  terror tәşkilatı  PKK-ya qarşı hava әmәliyyatları hәyata keçirilib.

Terrorçular ilә tәhlükәsizlik qüvvәlәri arasında baş verәn qarşıdurma nәticәsindә 1 әsgәr şәhid olub.

Türk Silahlı Qüvvələri  terror tәşkiları PKK-nın  ölkә dәxilindәki  və İraqın şimalındakı  mövqelәrinә  ağır zәrbәlәr endirib.

 Hazırda da davam edәn әmәliyyatlar nәticәsindә terror tәşkilatının 98   hәdәfi mәhv edilib.

Türk Silahlı Qüvvәlәri  Avaşin, Basyan, Çukurca, Zap, Harkuk, Gara, Metina, Kandil, Sinath, Həftanin və Gevanakurki bölgələrinə F-16 VƏ F-4 tipli döyüş təyyarələri ilə 9 hava hәrәkatının tәşkil edildiyini bildirib.

Әmәliyyatlar nәticәsindә terrorçular, sığınacaqları  vә terror tәşkilatına aid silah-sursat mәhv edilib.

 Türk Silahlı Qüvvәlәrindәn verilәn açıqlamada  әmәliyyatların davam etdiyi qeyd olunub.

 Digәr tәrәfdәn Hәlәbin şimalında  atәş açmağa    hazırlanan   DEAŞ mövqelәri  dә Türk Silahlı Qüvvәlәrinә aid  ‘‘Fırtına’’ mәrmilәri ilә  vurulub.

 Koalisiya qüvvələrinin  dә  terör tәşkilatına qarşı  hәyata keçirdiyi әmәliyyatlar   nəticəsində Dudiyan, Cakka, Cariz, Baragidah, Kafrah, Qara  Körpü və Yahmul bölgələrində 45 DEAŞ  üzvü  terrorçu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr