"Terrora qarşı mübarizǝ qanununda dəyişiklik edilmǝyǝcǝ"

Türk vətəndaşlarına Şengen bölgəsinə sǝyahǝtdǝ tətbiq edilǝn viza rejiminin lǝğvi uğrunda terrora qarşı mübarizǝ qanununda dəyişiklik edilmǝyǝcǝk. Bunu Avropa İttifaqı işlǝri üzrǝ nazir və Başmüzakereci Volkan Bozkır deyib.

489475
"Terrora qarşı mübarizǝ qanununda dəyişiklik edilmǝyǝcǝ"

Nazir Bozkır Fransanın Strasburq şəhərinə sǝfǝri çǝrçivǝsindǝ Avropa Parlamenti və Avropa Şurasında keçirdiyi görüşlǝrdǝn sonra Türk jurnalistlǝrǝ açıqlama verib. Türkiyəyǝ tǝtbiq edilǝn viza rejiminin lǝğv edilmǝsi üçün 72 şǝrtin yerinǝ yetirilmǝsinin istǝnilmǝsini siyasi olaraq xarekterizǝ etdiklǝrini qeyd edib. O hǝmçinin bildirib ki, “Son 3 günə qədər heç bir danışıqlarımızda sǝslǝndirilmǝyǝn terrora qarşı mübarizǝ qanununda dəyişiklik şǝrtinin Aİ-nin tǝlǝblǝri arasında salınması prosesǝ mǝnfi tǝsir edib. Türkiyə terrora qarşı  mübarizə baxımından hǝssas günlǝr yaşayır. 450-dən çox vǝtǝndaşımızın şǝhid olduğu, Türkiyənin bəzi rayonlarında PKK quldurları tǝrǝfindǝn insanların dincliyinin pozulduğu, əməliyyatlar hǝyata keçirilǝrǝk bütün qǝsǝbǝlǝrimizin terroristlərdən təmizləndiyi bir mühitdə, terrora qarşı mübarizə qanununda dəyişiklik aparmağımız geyri mümkündür vǝ belǝ bir imkana da sahib deyilik. Lakin vizaların qaldırılması uğrunda  son ana dǝk sǝylǝrimiz davam edǝcǝk”.



Әlaqәli Xәbәrlәr