Türkiyə Suriyada mülki vətəndaşlara olan hücumları qınayıb

Əsəd rejiminə aid döyüş təyyarəsinin dünən İdlibin Binniş qəsəbəsinin bazar yerinə etdiyi hava hücumu nəticəsində aralarında qadın və uşaqların da olduğu 10 vətəndaş ölüb, 25 nəfər yaralanıb

488287
Türkiyə Suriyada mülki vətəndaşlara olan hücumları qınayıb

  Ölkənin Xarici İşlər Nazirliyinin internet səhifəsində verilən şərhdə Suriyanın İdlib vilayətinin Binniş qəsəbəsindəki bazar yerinə rejimin hava hücumları kəskin qınanıb. Şərhdə yazılır: “Rejim Rusiya və tərəfdarlarından aldığı dəstəklərlə insanlığa qarşı cinayət törətməyə davam edir. Amerika Birləşmiş Ştatları ilə Rusiyanın Suriyada qarşıdurmaların dayandırılması üçün Hələbi də əhatə edən atəşkəs razılığından sonra belə birbaşa vətəndaşları hədəfə alan bu insafsız hücum rejimin daha da cəsarətləndiyini göstərir. Beynəlxalq ictimaiyyətin üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırırıq. Hücumda hədəfə alınan və həyatını itirən vətəndaşlara Allahdan rəhmət, yaralılara şəfalar diləyirik.”

  Xatırladaq ki, Əsəd rejiminə aid döyüş təyyarəsinin dünən İdlibin Binniş qəsəbəsinin bazar yerinə etdiyi hava hücumu nəticəsində aralarında qadın və uşaqların da olduğu 10 vətəndaş ölüb, 25 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr