‘‘Terror dünyaya yönlәndirilәn әn böyük tәhdiddir’’, Hulusi Akar

Türk Silahlı Qüvvәlәrinin Baş Qərargah rəisi General Hulusi Akar  terrororun  dünyaya yönəlmiş ən böyük təhdidlərdən biri olduğunu dedi.

488771
‘‘Terror  dünyaya yönlәndirilәn әn böyük tәhdiddir’’, Hulusi Akar

Türk Silahlı Qüvvәlәrinin Baş Qərargah rəisi General Hulusi Akar  terrororun  dünyaya yönəlmiş ən böyük təhdidlərdən biri olduğunu dedi.

Bu sözlәri  Hulusi  Akar  İstanbulda tәşkil olunan  10-cu Balkan Ölkәlәri  Baş Qәrarqah Rәislәri Konfransındakı  çıxışı zamanı bildirib.

Akar: ‘‘Heç   bir legitim sәbәbi olmayan terrora qarşı birlikdә mübarizә aparmalıyıq’’ deyib.

Terror təşkilatı PKK ilə mübarizənin qətiyyətlə davam etdiyini vurğulayan Akar  PYD-nin  YPG vә  PKK-nın Suriyadakı davamı olaraq peyda olduğunu  bu iki terror təşkilatının  arasındaki  əlaqə və əməkdaşlığın açıq-aşkar ortada olduğunu söyləyib.

 PKK-nın  xaricdәn dәstәk almaq üçün  yanlış mәlumatlarla  intensiv tәbliğat apardığını vurğulayan Akar:  ‘‘PKK bir tәrәfdәn mәsum insanları öldürәrkәn digәr tәrәfdәn  dә beynәlxalq  ictimaiyyәtdә  ligitimlik qazanmağa cәhd  göstәrir’’ deyib.

Çıxışı zamanı  terror tәşkilatı  DEAŞ ilә mübarizәyә dә toxunan Hulusi Akar Türkiyәnin  2013-cü ildә  DEAŞ-ı terror tәşkilatı olaraq tanıdığını  vurğulayıb.

Akar: ‘‘ Bu günәdәk  Türk Silahlı  Qüvvәlәri  Suriya vә İraqda DEAŞ üzvü  tәxminәn 1300 terrorçunu zәrәrsizlәşdirib’’ deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr