"Türkiyə 2023 hədəflərinə əmin addımlarla irǝlilǝmǝkdǝ davam edǝcǝk":

Türkiyə 2023 hədəflərinə əmin addımlarla irǝlilǝmǝkdǝ davam edǝcǝk. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

486277
"Türkiyə 2023 hədəflərinə əmin addımlarla irǝlilǝmǝkdǝ davam edǝcǝk":

Ötǝn gün Malatya vilayǝtindǝ qeyri-hökumət təşkilatların nümayəndələri ilə axşam yemǝyindǝ bir araya gǝlǝn prezident Ərdoğan burada etdiyi çıxışında “Türkiyǝnin yerlǝşdiyi geniş coğrafiyada tarixi xüsusiyyətdə hadisǝlǝr   cǝrǝyan edir.  Lakin Türkiyǝ, ǝtrafındakı qarşıdurmalara baxmayaraq güvən və ǝmin-amanlığın hökm sürdüyü bir ölkǝ mövqeyini qoruyur. Bu vəsfi isǝ bütün məzlumların ümidi olmaqda davam edir. Biz siyasǝtçilǝr bu sancılı dövrdə ölkəmizin mǝnfi tǝsirlǝnmǝmǝsi üçün ǝlimizdǝn gǝlǝn sǝyi edirik” deyǝ vurğulayıb.

Türkiyənin dünya ticarətindəki payının 5,7% dən 8,9-a yüksəldiyini xatırladan prezident Ərdoğan, “Bu rǝqǝmlǝr, beynəlxalq təşkilatların Türkiyə ilə əlaqədar proqnozlarından daha yüksǝkdir. Türkiyǝ, qlobal böhranlar qarşısında müqavimət göstǝrǝn, öz imkanlarıyla böhranların öhdǝsindǝn gǝlǝn bir ölkǝ mövqeyinǝ qovuşub. Bu qǝrarlılığımız davam etdiyi müddətcə Türkiyə əmin addımlarla 2023 hədəfləri istiqamǝtindǝ irǝlilǝyǝcǝkdir” deyǝ qeyd edib.



Әlaqәli Xәbәrlәr