Baş nazir Əhməd Davudoğlu Banya Luka şǝhǝrindǝ olub

7 may 1993-cü ildə Serblər tərəfindən yıxılan ancaq Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)-nın destekleriyle bərpa edilən Bosniya Herseqovinanın Banya Luka şəhərindəki Ferhadiye Məscidi yenidǝn ibadǝtǝ açılıb.

486279
Baş nazir Əhməd Davudoğlu Banya Luka şǝhǝrindǝ olub

Baş nazir Əhməd Davudoğlu, mərasimdə etdiyi çıxışında Ferhadiye mǝscidi, “23 il əvvəl yıkıldığında, bu xǝbǝri Malayziyada, Boşnak tǝlǝbǝlǝrimlǝ birlikdǝ eşitdik. Hǝmin hadisǝdǝn sonra ulu lider vǝ müdrik insan Aliya İzzetbegoviçi ziyarǝtim zamanı göz yaşlarımıza hakim ola bilmǝdik. 23 ildǝn sonra Ferhadiye Məscidin açılış mǝrasiminǝ qatılmaq böyük xoşbǝxtlikdir. İnanın ki, Aliya İzzetbegoviçin ruhu da, mənəviyyatı da bu gözəl hadisəni hiss edir” deyǝ vurğulayıb.

Bosniya Hersoqovinanı parçalamaq, bölmək, ayırmaq istəyənlərin əslində insanların ürəklərini ayırmaq istədiklərinə diqqəti çəkən Baş nazir Davudoğlu, Banya Lukanın Saray Bosniyadan, Saray Bosnanın da Mostardan ayrılmasının geyri mümkünlüyünü qeyd edib.

Bosniya və Herseqovina Dövlət Başçılığı Şurasının sədri Bakir İzzətbəyoviç də  Ferhadiye Məscidinin yenidǝn bǝrpası ümidin və həyatın zəfəri və bu torpaqlarda bǝrabǝr yaşamağın zəmanəti, Bosniyalıların bu ǝrazilǝrǝ qayıtdıqlarının simvolu olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr