PKK-nın Avropa üzrə məsul şəxsləri barəsində cinayət işinə Ankarada baxılacaq

Terror təşkilatı PKK-nın Avropa üzrə məsul şəxsləri barəsində açılmış cinayət işinə Ankara 2-ci Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

486012
PKK-nın Avropa üzrə məsul şəxsləri barəsində cinayət işinə Ankarada baxılacaq

 Türkiyə Ali Məhkəməsi PKK-nın Avropa üzrə məsul şəxsləri olduqları iddiasl ilə Canan Kurtyılmaz, Hacı Qaraqoyun və Rıza Altun haqqında :"silahlı terror təşkilatı qurmaq, rəhbərlik etmək və ya üzvü olmaq" cinayətlərindən Ankara 2-ci Ağır Cinayətlər Məhkəməsində açılan cinayət işi ilə adı çəkilən müttəhimlərin də  arasında olduğu 20 nəfər haqqında İstanbul 18-ci Ağır Cinayətlər Məhkəməsində açılan və birləşdirilməsi tələb edilən cinayət işlərinə Ankarada baxılması barədə qərar verildi.
 
 Ankara Respublika Baş Prokurorluğu Kurtyılmaz, Qaraqoyun və Altun haqqında "silahlı terror təşkilatı qurmaq, rəhbərlik etmək və üzv olmaq" və "terror təşkilatını təbliğ etmək" və "rəsmi sənədin saxtalaşdırılması" maddələri üzrə 24 ildən 55 ilə qədər həbs cəza tətbiqi və əmlaklarının müsadirə olunması tələbi ilə Ankara 2-ci Ağır Cinayətlər Məhkəməsində iddia qaldırdı.
 
 İddianamədə Paris Apelyasiya Məhkəməsinin terror təşkilatı PKK-ya yardıma görə nəzarətə alınan şəxslərinTürkiyə Ədliyyə Nazirliyinə bildirilməsi əsasında, 9 yanvar 2007-ci ildə istintaq başlatdığı qeyd edilərək, müttəhimlərin Fransada terror təşkilatı PKK adından fəaliyyət göstərdikləri, pul topladıqları, təşkilat adına əldə edilən pulları yumağa çalışdıqları qeyd olunur.



Әlaqәli Xәbәrlәr