May ayına qədər Egey və Aralıq dənizlərində immiqrant sayı

May ayının ilk 5 günündə heç bir immiqrant qeyri-qanuni yolla Egey dənizi və Aralıq dənizlərindən Avropaya keçməyib

486104
May ayına qədər Egey və Aralıq dənizlərində immiqrant sayı

  Vətəndaş müharibəsi, iqtisadi və siyasi qeyri-müəyyənlik səbəbindən ölkələrini tərk edərək Avropaya getməyə çalışan köçkünlərin ümidə səfərləri gün gündən azalır.

  Sahil Təhlükəsizlik Komandanlığı qrupları keçən il adı çəkilən dənizlərdə 91.611 immiqrantı tutub. Egey və Aralıq dənizlərində ölümü gözə alan səfərlər ilin ilk 3 ayında çox olsa da, Türkiyə ilə Avropa İttifaqı arasında nizamsız köç və insan qaçaqçılığıyla mübarizə ilə bağlı razılaşmanın 20 martda qüvvəyə minməsindən sonra az qala sona çatıb.

  Sahil Təhlükəsizlik Komandanığı qruplarının Egey və Aralıq dənizlərində tutduğu immiqrant sayı yanvar ayında 5506, fevral ayında 8747, mart ayında isə 8530 idisə, bu rəqəm ilk dəfə olaraq Türkiyə ilə Aİ arasında imzalanan müqavilənin həyata keçirilməsindən sonra apreldə 80 faiz enişlə 1717 oldu, may ayının ilk 5 günündə isə heç olmadı.  



Әlaqәli Xәbәrlәr