Davudoğunun Bosna Herseqovina səfərinin məqsədi

TİKA tərəfindən bərpa edilən Banja Luka şəhərindəki Ferhadiye məscidinin açılış mərasimində iştirak edəcək Davudoğlu Bosniya Herseqovina səlahiyyətlilərilə görüşəcək və elə bu gün vətənə geri dönəcək

486085
Davudoğunun Bosna Herseqovina səfərinin məqsədi

  Türkiyənin Baş naziri Əhməd Davudoğlu bugün Bosna Herseqovinaya səfər edib.

  Yola düşməzdən əvvəl paytaxt Ankaranın Esenboğa hava limanında mətbuat nümayəndələrinə səfərinin əsas məqsədilə bağlı məlumat verən Davudoğlu deyib: "Siyasətimizin özü də, fəlsəfəsi də bu məscidin açılışıyla bir daha təcəssüm edir".

  Türk İşbirliği Koordinasiya Agentliyi - TİKA tərəfindən bərpa edilən Banja Luka şəhərindəki Ferhadiye məscidinin açılış mərasimində iştirak edəcək Davudoğlu Bosniya Herseqovina səlahiyyətlilərilə görüşəcək və elə bu gün vətənə geri dönəcək.

  Osmanlı dövlətinin Bosniya bəylərbəyi Fərhad Paşa tərəfindən 1579-cu ildə inşa edilən, amma 7 may 1993-cü ildə Bosniya döyüşü zamanı serblər tərəfindən dağıdılan Ferhadiye Camisi 2001-ci ildə Bosniya və Hersoqovina İslam Birliyi xəttilə yenidən tikilməyə başlanıb. Bir müddət dayanan inşaat sonra TİKA-nın dəstəyi ilə tamamlanıb. Bosniya Herseqovinanın qiymətli miraslardan biri hesab edilən Fərhadiyə məscidi YUNESKO-nun Dünya Mirasları Siyahısına daxil olunmaq üçün təqdim edilib.



Әlaqәli Xәbәrlәr