Volkan Bozkır və Mövlud Çavuşoğlu birgə mətbuat konfransı keçirib

Avropa İttifaqı üzrә  nazir  Volkan Bozkır  Aİ Komissiyasının Türkiyə vətəndaşlarına viza  rejiminin sәrbәstliyi ilә bağlı tövsiyə qərarına dair  iyun ayının sonuna qədər hüquqi prosesin başa çatacağını deyib.

484368

Volkan Bozkır və  XİN rәhbәri  Mövlud Çavuşoğlu   Aİ Komissiyasının  tövsiyә qәrarı ilә əlaqədar birgə mətbuat konfransı keçirib.

M. Çavuşoğlu  viza rejiminin lәğvinin  iyun ayında həyata keçirilməsi üçün  böyük  səylәr göstәrdiklәrini  bildirib.

‘‘Biz  hazırkı durumdan məmnunuq. Bundan sonrakı mәrhәlәlәrdә dә   Türkiyə  müvafiq nazirliklər və hökumət olaraq səmimi şəkildə üzərimizə düşəni etməyə davam edəcəyik’’ deyə bildirən nazir Avropa İttifaqı ilə münasibәtlәrә  yalnız bir pəncərədən deyil,  geniş perspektivdən baxdıqlarını söyləyib. Hədəflərinin tam üzvlük olduğunu dilə gətirən M. Çavuşoğlu Avropa İttifaqından da eyni səmimiyyəti gözlədiklərini bildirib. 

M.Çavuşoğlu  yeni  pasportlarla bağlı bildirib ki, iyunun 1-dən etibarәn  pasportlar üzәrindәki çiplәrә barmaq izi әlavә olunacaq. Köhnә pasportlar  barmaq izinin yüklәndiyi yeni pasportlarla  dәyişdirilәcәk.

Әlaqәli Xәbәrlәr