Kilisǝ Suriyadan atılan raket mǝrmisi düşüb: 4 yaralı

Suriyanın Suran və Kafer Xan bölgəsində yerləşən DEAŞ mövqelərinə atəş açılıb, nəticədə 4 terrorçu məhv edilib.

484666
Kilisǝ Suriyadan atılan raket mǝrmisi düşüb: 4 yaralı
Obüsler.jpg

Bugün sǝhǝr radǝlǝrindǝ terror təşkilatı DEAŞ-ın Suriyadaki mövqelərindən Kilis şəhərinə 3 raket mərmisi düşüb.

İlkin məlumata görə, partlayış nəticəsində 2-si polis olmaqla 4 nəfər yaralanıb.

Mərminin partlaması nəticəsində bir məktəb, Kilis Təhsil İdarəsinǝ mǝxsus bina ilǝ ətrafdakı bir sıra binalara xəsarət dəyib.

Suriyanın Suran və Kafer Xan bölgəsində yerləşən DEAŞ mövqelərinə atəş açılıb, nəticədə 4 terrorçu məhv edilib.

Bu arada Baş Qərarqah Rəisliyi terror təşkilatı DEAŞ-a qarşı aparılan mübarizə ilə bağlı məlumat verib.

Buna görə, Kilisǝ atılan Katyuşa və raket mərmisi nəticəsində indiyǝ kimi 8-i Suriya vətəndaşı olamaqla 20 dinc sakin həyatını itirib, 17-i suriyalı olmaqla 66 dinc sakin isə yaralanıb.

Türk Silahlı Qüvvələri hücumlara cavab qaydalarına əsasən, Suriyadakı DEAŞ mövqelərini 2 min 144 dəfə vurub. Nəticədə 807 DEAŞ üzvü zǝrǝrsizlǝşdirilib, 153 terrorçu isə yaralanıb.

 

 


Etiketlәr: #Kilis , #Suriya , #DEAŞ

Әlaqәli Xәbәrlәr