Miqrantların sayı azalıb

Türkiyǝnin Avropa İttifaqı ilǝ mart ayında qǝbul etdiyi miqrantların geri qǝbul edilmǝsinǝ dair müqavilǝnin tǝsiri ilǝ qeyri-qanuni miqrasiya son ayların ǝn aşağı sǝviyyǝsindǝdir.

482704

Ölkǝlǝrindǝki vǝtǝndaş müharibǝsi, iqtisadi vǝ siyasi hǝyatdakı namüǝyyǝnlik kimi sǝbǝblǝrlǝ doğma vǝtǝnlǝrini tǝrk edǝnlǝrin sayı aprel ayında müvafiq ayla müqayisǝdǝ 80 faiz azalıb. Hǝmin çǝrçivǝdǝ bir ildǝ miqrantların sayında 30 faiz azalma qeydǝ alınıb.

Sahil Mühafizǝ Komandirliyi qeyri-qanuni köçǝ qarşı Әgǝ vǝ Aralıq dǝnizlǝrindǝ davam etdirdiyi ǝmǝliyyatlarda isǝ yanvar ayında 5 min 506, fevral ayında 8 min 747, mart ayında 8 min 530, aprel ayında isǝ min 728 qaçaq mühaciri yaxalayıb.

Әlaqәli Xәbәrlәr