Preziden Ərdoğan 1 may münasibǝtiylǝ açıqlama verib

Ərdoğan: "İşçi və emekçilerimiz, ölkəmizin irəliləməsində və rifah səviyyəsinin inkişafında əhəmiyyətli rola sahibdir"

481829
Preziden Ərdoğan 1 may münasibǝtiylǝ açıqlama verib

Prezidenti Rəcəb Tayyib Ərdoğan, “Bir May Əmək və Həmrəylik Günü” münasibəti ilə verdiyi açıqlamada “İşçi və əməkçi qardaşlarımızın, bütün dünyada birlik, həmrəylik və haqsızlıqlara qarşı mübarizə günü olaraq qeyd olunan 1 May Əmək və Həmrəylik Gününü təbrik edirəm” deyib.

“Əməklǝ, ölkəmizin irəliləməsində və rifah səviyyəsinin inkişafında əhəmiyyətli rola sahib olan işçi və emekçilerimizin, haqqlarını demokratik və sülhpǝrvǝr rǝftar sǝrgilǝyǝrǝk axtarmaları, demokratiyamızın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Əmǝkçilǝrin problemlərinin həlli, iş şəraitinin yaxşılaşdırılması, layiq olduqları həyat standartını ǝldǝ etmǝlǝri, , əməklərinin qarşılığını almaları, icra etdiyim bütün vəzifələr dövründǝ prioritetli mövzular arasında yer tutmuşdur” deyǝ vurğulayıb.

İş həyatı ilə bağlı mövcud problemlərin, əməkçilər, hǝmkarlar ittifaqları, işəgötürənlər və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı dialoq və uzlaşma üsuluyla həll edilə biləcəyinǝ inamının  olduğunu ifadə edən Ərdoğan: “Bu anlayışın mənimsənməsi, işçilərimizin ehtiyaclarının tǝmin edilmǝsini, problemlǝrinin hǝllini asanlaşdıracaq. Bir May Əmək və Həmrəylik Gününün sülh və qardaşlıq  çǝrçivǝsindǝ, provokasyonlardan imtina edilǝrǝk bayram kimi qeyd olunması dilǝyir vǝ bütün vətəndaşlarımı salamlayıram” .



Әlaqәli Xәbәrlәr