Türkiyə istehsalı pilotsuz uçan aparatlar ilk sınaqlardan uğurla çıxdı

Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçan aparatları hərbi başlıqlı raketlərlə keçirilən ilk sınaqlarda hədəfi 12 kilometrdən vurdu.

481188
Türkiyə istehsalı pilotsuz uçan aparatlar ilk sınaqlardan uğurla çıxdı

Konya 3-ci Baş Raket Bazasında Bayraqdar TB2 Taktik PUA sisteminə qoşulmuş Roketsan istehsalı olan MAM-L ağıllı silahları ilə operativ sınaq atəşləri açıldı.

 Bayraqdar TB2 taktik PUA  sınaqlarda təyin olunan hədəfləri 8 kilometrdən və 18 min feetdən çox hündürlükdən uğurla vurdu.

 Bundan başqa, Bayraqdar TB2 Taktik PUA tərəfindən lazelər işarə edilən hədəflər Konya 3-ci Baş Raket Bazasından qalxan F16 tərəfindən məhv edildi.

Qeyd edək ki, Batmanda yerləşdirilmiş 12 pilotsuz təyyarədən ibarət olan Bayraqdar TB2 Taktik PUA sistemi silahlı qüvvələrə kəşfiyyat məqsədilə xidmət verir. Sistemlərdən Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olduqları 2015-ci ilin sentyabr ayından etibarən aktiv olaraq 2 min 700 saat istifadə edilib.

Sınaqları ilk dəfə 17 dekabr 2015-ci ildə keçirilən Bayraqdar TB2 Taktik PUA-nın təkmilləşdirilməsi işləri intensiv şəkildə davam etdirilir.

 

 

 



Әlaqәli Xәbәrlәr