Türkiyə Qətərdə hərbi baza quracaq

Sözügedən razılaşma Baş nazir Əhməd Davudoğlunun Qətərə rəsmi səfəri  zamanı bu ölkənin Baş naziri Şeyx Abdullahla ikitərəfli və heyətlərarası görüşündən sonra imzalanıb.

480505

Razılaşmanın Orta Şərqin hazırkı kritik durumu nəzərə alınarsa böyük əhəmiyyət daşıdığı bildirilir. Beynəlxalq terrorla mübarizə, ortaq təhlükəsizlik və bölgə ölkələrindəki siyasi qeyri-müəyyənlik hərbi bazanın əhəmiyyətini daha da artırır.

Hərbi baza tam olaraq fəaliyyətə başladığı vaxt mindən çox türk əsgərinin xidmət edəcəyi planlaşdırılır. Hava və dəniz qüvvələri üçün təlimlərin də nəzərdə  tutulduğu baza təhsil və ortaq manevr üçün də istifadə ediləcək.

Baş nazir Ə. Davudoğlu Qətər səfəri çərçivəsində Türk Hərbi Birliyini də ziyarət edib, Qətər Universitetində tələbələrlə görüşüb.

2 günlük səfərini yekunlaşdıran Baş nazir gecə Ankaraya qayıdıb. 

Әlaqәli Xәbәrlәr