“Türkiyǝ ona etimad edǝn heç bir dostunu yalnız buraxmayıb”,Ә.Davudoğlu

Baş nazir Әhmǝd Davudoğlu Türkiyǝnin ona etimad edǝn heç bir dostunu tǝk başına buraxmadığını söylǝyib.

480366
“Türkiyǝ ona etimad edǝn heç bir dostunu yalnız buraxmayıb”,Ә.Davudoğlu

Baş nazir Әhmǝd Davudoğlu Türkiyǝnin ona etimad edǝn heç bir dostunu tǝk başına buraxmadığını söylǝyib.

Qǝtǝrdǝ rǝsmi görüşlǝr keçirǝn Davudoğlu  Әmir Şeyx  Tәmim Bin  Hamad ilә görüşüb.

Әhmәd Davudoğlu hәmçinin Baş nazir vә Daxili İşlәr Naziri Abdullah ilә dә bir araya gәlib. Daha sonra heyǝtlǝrarasında görüşlǝr baş tutub.

Görüşlәrdә  Türkiyә ilǝ Qәtәr arasında tarixi saziş imzalanıb. Sazişǝ ǝsasǝn Türk Silahlı Qüvvәlәri Qǝtǝrdǝ  hәrbi baza quracaq.

Türkiyə-Qətər Biznes Forumu toplantısında da iştirak edən Baş nazir Davudoğlu məsələ ilə əlaqədar burada etdiyi çıxışında, iki ölkə arasında ən üst səviyyədə mənimsǝnǝn mühüm layihǝlǝrdǝn birinin Türkiyə və Qətərin müdafiə sənayesində birgə layihələrə üz tutulması olduğunu deyib.

 Bugün sazişin imzalanması ilǝ Türkiyǝ Silahlı Qüvvələrinin Qətərdəki mövcudluğu və ortaq hǝrbi bazanın işə salındığını qeyd edən Davudoğlu bu barədə Qətərin göstərdiyi etimada minnətdar olduqlarını ifadə edib.

 Türkiyənin ona etimad edǝn heç bir dostunu tək qoymadığını, heç bir ölkənin yanında olmaqdan imtina etmǝdiyini vurğulayan Baş nazir deyib ki, iki ölkǝ dǝ bir-birinǝ etimad etdi, bununla dahal-hazırda dünya miqyasında bir əməkdaşlıq nümayiş etdiririk.

 İki ölkə arasında ticarət dövriyyəsinə də toxunan Davudoğlu bunun əvvəlcə 3 daha sonra isǝ 5 milyard dollara çıxmasının vacib olduğunu söyləyib.

 Davudoğlu Türkiyənin güclü bazarı ilǝ Qǝtǝrin maliyyə təcrübəsinin yan-yana gətirilməsinin lazım olduğunu da qeyd edib.

 Türkiyədəki şəhər xəstəxanaları layihələrinə Qətərdən əhəmiyyətli dəstək və sərmayə gözlədiklərini də ifadə edən Baş nazir bildirib ki, Türkiyənin səhiyyə sektorunda böyük potensialı ilə Qətərin imkanları güclü bir ǝmǝkdaşlıq ortaya qoyacaqdır.



Әlaqәli Xәbәrlәr