Bursada ‘‘Ulu Cami’’  yaxınlığında intihar hücumu törәdilib

Bursada ‘‘Ulu Cami’’  yaxınlığında ötәn gün yerli vaxt ilә saat  17.26-da  törәdilәn  intihar hücumu nәticәsindә terrorçu kamikadze ölüb, 13 nәfәrsә yaralanıb.

479751
Bursada ‘‘Ulu Cami’’  yaxınlığında intihar hücumu törәdilib

Səhiyyə naziri Mehmet Müezzinoğlu  jurnalistlərə verdiyi açıqlamada  yaralıların xәstәxanaya yerlәşdirildiyini  vә vәziyyәtlәrinin  yaxşı olduğunu bildirib..

 Mehmet Müezzinoğlu  terrorçu kamikadze ilә bağlı : ‘‘ Terrorçu 25 yaşında qadındır. Terrorçunun  şәxsi mәlumatları vә  hansı  tәşkilata bağlı  olduğu  ilә әlaqәdar  DİN rәhbәrliyi lazımi araşdırmaları aparır’’  deyib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Zaqrebdə olduğu zaman  Daxili İşlər naziri Efkan Ala ilə telefonla danışaraq Bursada  törәdilәn  hadisə  ilә  әlaqәdar məlumat alıb.

Yaralı vətəndaşlara  tәcili   şәfa dilәyәn  Ərdoğan Türkiyənin əmin-amanlığına  zәrbә vurmağa  cәhd göstәrәn  terrorla mübarizənin  qәtiyyәtlә davam edәcәyini vurğulayıb.

 Baş nazir Əhməd Davudoğlu da  partlayışdan sonra Ədalət və İnkişaf Partiyasının Baş qәrarqahında  Daxili İşlər naziri Efkan  Ala ilə bir araya gəlib.   Efkan Ala  Baş nazirә hücum ilә әlaqәdar mәlumat verib.

Davudoğlu  Qətərə səfər etmədən  əvvəl  Esenboğa hava limanında jurnalistlərə  açıqlama  verən Davudoğlu  terrora qarşı mübarizənin qətiyyətlə davam edəcəyini qeyd edib.
 
CHP-nin sədri Kamal Kılıçdaroğlu da  şәxsi  ‘‘twitter’’  hesabından yayımladığı mesajında, Bursada  törәdilәn  partlayış  nәticәsindә  yaralanan vətəndaşlara təcili şəfalar diləyib vә xain hücumu pislәyib.

 Avropa   İttifaqı üzrә nazir  Volkan Bozkır  isә  şәxsi internet sәhifәsindәn xain terror hücumunu lənətləyib.

 İnkişaf naziri Cevdet Yılmaz da mesajında "Məsumlara zərər verən canilər heç vaxt  istәdiklәrinә nail  ola bilmәyәcәklәr. Bu  xain terror hücumunu qәtiyyәtlә  lənətləyirəm" deyib.

Elm, Sənaye və Texnologiya naziri Fikri İşık  və Gömrük və Ticarət naziri Bülent  Tüfenkçi də   Bursada vətəndaşlara qarşı həyata keçirilən terror hücumunu pisləyib, yaralılara təcili şəfalar diləyiblәr.

Digər tәrәfdәn Bursada törәdilәn  terror hücumuna dair  davam edən  istintaq çərçivəsində  müxtəlif şəhərlərdə 15 nəfər saxlanılıb.



Әlaqәli Xәbәrlәr