Asiyalı xarici işlər nazirləri toplandı

"Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri” Xarici İşlər Nazirlərinin 5-ci  yığıncağı Çinin paytaxtı Pekində öz işinə başlayıb.

479766
Asiyalı xarici işlər nazirləri toplandı

Konfransda Türkiyən  xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edib. Nazir konfransda çıxışı zamanı Asiya ölkələri arasındakı əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb. Həmçinin çıxışı zamanı terrorizm, qeyri-qanuni miqrasiya və mütəşəkkil cinayətkarlıq kimi mövzularda yaxın əməkdaşlığın əhəmiyyətinə toxunub. “Suriyadakı mövcud böhran həll edilmədən terrorizm və qeyri-qanuni miqrasiyanın öhdəsindən gəlmək mümkünsüzdür” deyən nazir eyni zamanda Dağlıq Qarabağ probleminə də diqqət çəkib. Bildirib ki, problemin sülh yolu ilə və Azərbaycanın suverenlik hüquqları və ərazi bütövlüyü nəzərə alınaraq həll edilməsi vacibdir.

Qeyd edək ki, "Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri” Xarici İşlər Nazirlərinin 5-ci  yığıncağı hər dörd ildən bir təşkil edilir. Məqsəd fərqli din, dil, irq və mədəniyyətlərdən olan insanların yaşadığı Asiya qitəsində təhlükəsizlik və əməkdaşlığı təmin etməkdir.



Әlaqәli Xәbәrlәr