‘‘Yeni konstitusiyada dünyәvilik prinsipi nәzәrә alınacaq’’, Ә.Davudoğlu

Baş nazir Əhməd Davutoğlu  yeni konstitusiyada  avtoritar  olmayan  azadlıqsevər  dünyəvilik prinsipinin nәzәrә alınacağını deyib.

479303
‘‘Yeni konstitusiyada  dünyәvilik prinsipi nәzәrә alınacaq’’,  Ә.Davudoğlu

Türkiyәnin  Baş naziri  Əhməd Davudoğlu   AK partiyanın  şәhәr sәdrlәrinin  ümumi iclasında  iştirak edib.

Davudoğlu çıxışı zamanı: "Terrora qarşı  qətiyyətlә  mübarizə aparılır, yaşayış mәntәqәlәrinin tәhlükәsizliyi tәmin edilir.  Ölkәmiz  terrorçulardan tәmizlәnәnәdәk bu mübarizә qәtiyyәtlә  davam edәcәk’’  deyib.

 Çıxışında yeni konstitusiyaya  da  toxunan Davutoğlu  bu barədə millətə verilmiş  sözlərinin olduğunu vurğulayaraq  bu həftədən etibarən konstitusiyanın yazılması ilә әlaqәdar işlәrin başladığını bildirib.

Davudoğlu: ‘‘AK partiyanın   bu günәdәk hazırladığı  vә ictimaiyyәtә tәqdim etdiyi   yeni konstitusiyanın ilkin variantında dünyәvilik prinsiplәrinә dә yer verilib’’  deyә vurğulayıb.



Әlaqәli Xәbәrlәr