“Silver Wind” adlı lüks sərnişin gəmisi Marmaris Limanında

Bahama bayraqlı Silver See şirkǝtinin “Silver Wind” adlı lüks sərnişin gəmisi, Marmaris Limanına lövbǝr salıb.

479565
“Silver Wind” adlı lüks sərnişin gəmisi Marmaris Limanında

140 Amerikalı sərnişin və 230 nǝfǝrlik heyət, Gömrük işlǝri tamamyanandan sonra, tarixi abidǝlǝri, turistik mǝrkǝzlǝri vǝ təbii gözəllikləriylə məşhur olan bölgǝdǝ gǝzmǝk üçün limandan ayrılıb.  Yaxta limanı və Kordon Prospektində gəzən sərnişinlər, daha sonra Marmaris bazarında alver ediblǝr. Bəzi sərnişinlər isǝ sahildəki kafeləri seçiblǝr.

Uzunluğu 156 metr olan “Silver Wind” adlı gǝminin istiqamǝti Antalyadır.

 



Әlaqәli Xәbәrlәr