''Kutül Amare'' qələbəsinin 100-cü ildönümü

Tarixçi alim  Mustafa Armağan Kutül Amare  Zәfәrinin  yaxın tarixin dönüş nöqtələrindən biri  kimi tarixә düşdüyünü  bildirib.

477533
''Kutül Amare''  qələbəsinin 100-cü ildönümü

M. Armağan   1916-cı il  aprelin 29-da qalibiyyәtlә  nәticәlәnәn  Kutül Amare müharibәsinә dair  verdiyi açıqlamada Türk müharibәlәri  tarixindә  1911-ci ildә Trablusgarpda başlayan  mәğlubiyyәt zәncirinin martın 18-dә Çanaqqala Zәfәri ilә sona çatdığını vә  ingilislәrә  qarşı  әldә edilәn  әn böyük ikinci  qәlәbәnin Kutül Amare  olduğunu bildirib.

Selmani  Pak və Kutül Amare müharibәlәrindә   İngiltәrә ordusunun  mәğlub edildiyini   qeyd edәn tarixçi ‘‘Bu qәlәbәdәn sonra 1917-ci  ildә  1-ci Qәzza vә dәrhal sonra  1917-ci ilin may ayında  2-ci    Qәzza  müharibәsi ilə İngilis ordusu bir daha mәğlub edilib’’  deyә bildirib.

M. Armağan: ‘‘1780-ci ildәn  bu yana İngiltәrә ordusunu  tәslim edən tәrәf  biz olduq. Yәni 135 ildir ki, ingilis әsgәrlәri  heç bir orduya  әsir olmurdular. İngilis ordusunu topu -tüfәngi, zabiti vә generalı ilə birgə, tәxminәn 14 minә yaxın әsgәri  әsir aldıq. Bununla yanaşı 20 minә yaxın da itki verdik’’  deyə bildirib.  

Kutül Ammare mühasirәsi  (7 Dekabr 1915 - 29 Aprel 1916) ingilis qüvvələri və müttəfiqləri ilə Osmanlı qüvvələri arasında olan  I Dünya müharibəsinin əsas müharibələrindən biri olub. Müharibә 1-ci Kut müharibәsi kimi dә tanınır.

Dəclə çayı sahilində Kutül Ammare şəhəri yaxınlığında yerləşən ingilis və müttəfiqlərinin  mühasirәsi ilә başlayan müharibə qəsəbənin Osmanlı ordusu tərəfindən ələ keçirilməsi və ingilis qoşunlarının əsir düşmәsi ilә  sona çatıb.

Kutül Ammare Dəclə çayı sahilində Şattülarap kanalı ilə birləşən İran  Körfəzinin 350 km şimalında, Bağdadın 170 km cənubunda yerləşən bir qəsəbədir.



Әlaqәli Xәbәrlәr