İ. Kalın gündəmlə bağlı açıqlamalar verib

Dövlət başçısının sözçüsü İbrahim Kalın 1915-ci il hadisələri ilə əlaqədar təktərəfli tarix anlayışının təlqin edilməyə çalışıldığını söyləyib.

477780
İ. Kalın gündəmlə bağlı açıqlamalar verib

Dövlət başçısının sözçüsü İbrahim Kalın 1915-ci il hadisələri ilə əlaqədar təktərəfli tarix anlayışının təlqin edilməyə çalışıldığını söyləyib.

O dövrdə yaşananların ortaq bir acı olaraq düşünülməsinin lazım olduğunu bildirən sözcü gələcəyə dostluq prizmasından baxılmağın önəmini vurğulayıb.

İ. Kalın Cümhurbaşqanlığı kompleksində təşkil etdiyi mətbuat konfransında gündəmlə bağlı bəzi məsələləri dəyərləndirib.

İsraillə  davam edən müzakirələrdə son mərhələyə gəlindiyini, iki ölkə rəsmiləri arasında yaxın zamanda yeni görüş planlaşdırıldığını deyən sözcü İsrail tərəfinin Qəzza və Fələstin torpaqlarında humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində addım atacağını gözlədiklərini bildirib. Türkiyə olaraq yeni addımlara hazır olduqlarını bildirən İ. Kalın Rusiya ilə olan əlaqələrin bir hadisədən dolayı fəda edilə bilməyəcəyini ifadə edib.

Suriya məsələlərinə gəlincə sözçü yalnız quru vasitəsilə deyil, havadan da məhdud bölgə yaradılmasının lazım olduğunu söyləyib. Bunun bir çox problemlərin qarşısını almağa və qaçqın axınının məhdudlaşdırılmasına kömək edəcəyini deyib. O, bir daha mühacir böhranının qaynağının Suriya rəhbərliyi olduğunu dilə gətirib.

Sözçü hazırda Türkiyənin DAEŞ-la əlaqəsi olduğu düşünülən 41 min əcnəbiyə   ölkəyə giriş qadağası qoyduğunu, 2 min 777 nəfəri nəzarətə aldığını, 954 nəfərinsə həbs olunduğunu bildirib.

 



Әlaqәli Xәbәrlәr