Murat Bəy Məscidi və Mədəniyyət Mərkəzinin açılış mǝrasimi olub

“Kosovadakı bütün tarixi abidǝlǝrin bǝrpa işlǝri Türkiyǝ tǝrǝfindǝn aparılacaq, Ayrılığımız uzun oldu. Qovuşmamız daimi olacaq”. Bunu Baş nazir müavini Numan Kurtulmuş deyib.

476866
Murat Bəy Məscidi və Mədəniyyət Mərkəzinin açılış mǝrasimi olub

Baş nazir müavini Numan Kurtulmuş, Kosovaya səfərinin ikinci günündə, tǝmirat  işlǝri  Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən aparıylan Lipyanın Yanova qəsəbəsindəki Murat Bəy Məscidi və Mədəniyyət Mərkəzinin açılış mǝrasiminǝ qatılıb.

Mǝrasimdǝ etdiyi çıxışında Kommunizm dövründə, Kosovada dinlərǝ təzyiq edildiyini, məscidlərin, kilsələrin dağıdıldığını, insanların inanclarını yaşamalarına maneǝ törǝdildiyini xatırladan Numan Kurtulmuş “1912-ci ildə bu ǝrazilǝrdǝn ayrılan Osmanlının nəvələri olan biz qardaşlarınız, bir əsr sonra yenidǝn buradakı qardaşlarımızın yanına gəldik. Bu ǝrazilǝrdǝ yerlǝşǝn Osmanlı mirası bütün məscidlər yerinǝd bǝrpa edǝrǝk ibadətə açılacaq” deyǝ vurğulayıb.

Kurtulmuşun, çıxışından sonra Kosovalı nazirlər, millət vəkilləri və digər iştirakçılar ilǝ birlikdǝ dualarlar edilǝrǝk ibadǝtǝ açılan məsciddǝ günorta namazı qılınıb. Daha sonra mədəniyyət mərkəzi gezilib.

 



Әlaqәli Xәbәrlәr